Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
Daha çoxCategory: İqtisadiyyat
Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil
Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil. SİA xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında ilk dəfədir keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumunda deyib. Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir: “Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini də paylaşmağa hazırdır”. B.Muradova bildirib ki, Azərbaycanda qadın…
Daha çoxAzərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,71 % artaraq 72,52 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,71 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,73 % artaraq 71,21 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxLaçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir. SİA xəbər verir ki, tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur. Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir. Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq. Forum İƏT regionunun müxtəlif…
Daha çoxPaytaxtın bu ərazisində işıq olmayacaq
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bir sıra ərazilərində yerləşən bəzi yaşayış və sahibkarlıq obyektlərində, eləcə də yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxBƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərək Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. SİA-nın məlumatına görə, Beynəlxalq hava limanından bildirilib ki, “Air Arabia” aviaşirkətinin Moskva–Şarja marşrutu üzrə hərəkət edən aviareysin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. “Airbus A320” tipli hava gəmisinin enişi yerli vaxtla saat 19:43-də uğurla yerinə yetirilib. Eyni zamanda, “FlyDubai” aviaşirkətinin Bakı–Dubay istiqaməti üzrə müntəzəm reysi saat 18:14-də havaya qalxdıqdan sonra geri dönməyə məcbur olub. “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat…
Daha çox4-cü Könüllü Milli Hesabatı təqdim edən ilk 5 ölkə sırasındayıq…
Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasındadır, regionda isə birincidir. SİA xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı deyib. Samir Şərifov qeyd edib ki, ölkəmiz Milli Maliyyələşdirmə Çərçivəsi və “DİM İnvestor Xəritəsi” kimi təşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80 faizindən çoxunun DİM-ə uyğunlaşdırılmasına nail olub.
Daha çoxBu, Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub
Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq…
Daha çox“İstehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır”
“Son 8 il ərzində ölkədə fəaliyyət göstərən müasir supermarketlərdə yeni nəsil texnologiyaların tətbiqi geniş vüsət almışdır. Lakin bu proseslə paralel olaraq bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları da müşahidə olunur. Belə ki, rəflərdə təqdim edilən qiymətlərin alıcını cəlb edəcək səviyyədə aşağı göstərilməsi, lakin kassada həmin məhsulun daha yüksək məbləğlə hesablanması bu hüquqların pozulmasının açıq göstəricisidir. İstehlakçı irad bildirdikdə isə, çox zaman ona bunun “unudulduğu” və ya “texniki səhv” olduğu bildirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bu cür hallar təkcə rəf…
Daha çoxMuxtar Babayev ispaniyalı nazirlə COP29-un iqlim maliyyəsində rolunu müzakirə edib
Sevilyada keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) çərçivəsində COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və İspaniyanın Ekoloji keçid və Demoqrafik problemlər üzrə naziri xanım Sara Aagesen Muñoz arasında ikitərəfli görüş keçirilib. SİA COP29 Əməliyyat şirkətinin yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə tərəflər bir-birini dəstəkləmək üçün iqlim fəaliyyəti və inkişafı imkanlarını, eləcə də İqlim maliyyəsi üzrə irəliləyiş fəaliyyətinə təkan verməkdə COP29-un rolunu müzakirə etdilər.
Daha çox