“İstehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır”

“Son 8 il ərzində ölkədə fəaliyyət göstərən müasir supermarketlərdə yeni nəsil texnologiyaların tətbiqi geniş vüsət almışdır. Lakin bu proseslə paralel olaraq bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları da müşahidə olunur. Belə ki, rəflərdə təqdim edilən qiymətlərin alıcını cəlb edəcək səviyyədə aşağı göstərilməsi, lakin kassada həmin məhsulun daha yüksək məbləğlə hesablanması bu hüquqların pozulmasının açıq göstəricisidir. İstehlakçı irad bildirdikdə isə, çox zaman ona bunun “unudulduğu” və ya “texniki səhv” olduğu bildirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bu cür hallar təkcə rəf…

Daha çox

Muxtar Babayev ispaniyalı nazirlə COP29-un iqlim maliyyəsində rolunu müzakirə edib

Sevilyada keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) çərçivəsində COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və İspaniyanın Ekoloji keçid və Demoqrafik problemlər üzrə naziri xanım Sara Aagesen Muñoz arasında ikitərəfli görüş keçirilib. SİA COP29 Əməliyyat şirkətinin yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə tərəflər bir-birini dəstəkləmək üçün iqlim fəaliyyəti və inkişafı imkanlarını, eləcə də İqlim maliyyəsi üzrə irəliləyiş fəaliyyətinə təkan verməkdə COP29-un rolunu müzakirə etdilər.

Daha çox

Yay mövsümündə insanlar ən çox hansı qidalara üstünlük verməlidir?

“Yay aylarında isti hava şəraiti ilə əlaqədar orqanizmimizdə bir sıra fizioloji dəyişikliklər baş verir. Tərləmə artdığı üçün su və mineral itkisinin çoxalmasına gətirib çıxarır. Bu səbəbdən yay mövsümündə həm sağlam qalmaq, həm də orqanizmin enerji balansını qorumaq üçün qidalanmağımıza diqqət yetirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, ilk olaraq su balansını qorumaq çox vacibdir. Tərləmə yolu ilə çoxlu miqdarda su itiririk. Bu səbəbdən gündəlik ən azı hər kq çəkiyə 0.3 ml su içmək tövsiyə olunur. Su ilə yanaşı təbii meyvə suları, ayran, mineral…

Daha çox

“Günəşdən alınan enerjilər yay aylarında daha səmərəli olur”

“Qızmar yay günlərində Günəşdən iki əsas enerji növü – istilik enerjisi və elektrik enerjisi əldə edilir. Günəşdən alınan istilik enerjisi əsasən məişətdə, xüsusilə suyun qızdırılması və qızdırıcı sistemlərdə istifadə olunur. Eyni zamanda bu enerji növü otellər, restoranlar və digər kommersiya obyektlərinin isitmə sistemlərində də tətbiq oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev deyib. Onun sözlərinə görə, elektrik enerjisi isə günəş panelləri (fotovoltaik sistemlər) vasitəsilə əldə edilir: “Günəşdən alınan elektrik enerjisi iki formada istifadə edilə bilər: şəbəkəyə qoşulu sistemlər…

Daha çox

İşəgötürənlərlə növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yaxın vaxtlarda həmin Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub. Bu mövzuda təqdimat edilib, icra olunan məşğulluq proqramları barədə məlumat verilib. İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığı və əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı…

Daha çox

Enerji strategiyamızın banisi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünyanın ən nüfuzlu dövlət xadimlərindən, ən böyük siyasi şəxsiyyətlərindən biri olub, müstəqil dövlətçiliyimizin qurucusu və memarıdır. Çoxəsrlik tarixi ənənələr əsasında müasir Azərbaycan dövlətinin ideoloji-siyasi inkişaf doktrinasının yaradılması və gerçəkləşdirilməsi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev epoxası milli intibah və tərəqqi dövrü kimi xarakterizə olunur. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövlət müstəqilliyini yeni bərpa etməsinə baxmayaraq, ötən müddətdə düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif etmişdir. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi…

Daha çox

Dünya Bankı Azərbaycana 173,5 milyon dollar kredit ayırır

Bu gün “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi və Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə zəmanət sazişi imzalanıb. SİA xəbər verir ki, 173,5 milyon dollar məbləğində olan kredit sazişini “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqavinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb. Cəlb…

Daha çox

“İqtisadi uğurlarımız insanlarda gələcəyə böyük inam yaradıb”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı imzalanan sərəncamlar, əlbəttə ki, insanlara göstərilən qayğı və diqqətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Onun sözlərinə görə, ölkə rəhbəri daim bildirir ki, xalqın rifahının yüksəldilməsi və onların təhlükəsizliyinin təmin olunması dövlətin qarşısında duran birinci dərəcəli vəzifədir və bu sahədə bütün tədbirlər vaxtında həyata keçirilməlidir: “Qeyd edilməlidir ki, bu cənab Prezidentin bu istiqamətdə imzaladığı ilk sərəncam deyil. Son illər ərzində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı bir sıra mühüm…

Daha çox

Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanla sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat verib. Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə “Mətanət A” və “TuranAz” şirkətləri arasında əməkdaşlığa dair sənədlər…

Daha çox