Bəzi ölkələrin əyalətlərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Şimali Makedoniyanın Cənub-Qərbi Statistik regionunda, Niderlandın Qelderland əyalətində blutanq, Albaniyanın Dürres bölgəsində xırdabuynuzlu heyvanların taunu, İtaliyanın Sardiniya regionunda nodulyar dermatit, Polşanın Pomorsk inzibati ərazisində Nyukasl, Uelsin Pembrukşir bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə…

Daha çox

Şuşada 6-cı İƏT biznes-forumu keçiriləcək

İyulun 2-də Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes-forumu keçiriləcək. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq. Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə…

Daha çox

Azərbaycanda daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. SİA KOBİA-ya istinadən xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. “Startap” şəhadətnamələri “İloyal” MMC-nin müştəri loyallığı və rəqəmsal menyu idarəetmə platforması və fərdi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib. Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi…

Daha çox

COP29 nümayəndə heyəti Sevilyada beynəlxalq konfransda iştirak edir

COP29 nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransda iştirak etmək üçün Sevilyaya səfər edib. Bu barədə SİA COP29-un “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. “Bu gün COP29 sədrliyinin nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransa qatılmaq üçün Sevilyaya səfər edib. Nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə mövzusunu qlobal gündəliyin mərkəzində saxlamağı və hökumətlərə Bakı konfransında götürdükləri öhdəlikləri xatırlatmağı planlaşdırır”, – paylaşımda qeyd olunub. Konfrans iyunun 30-dan iyulun 3-dək Sevilyada keçiriləcək və dayanıqlı inkişafa investisiyaların yatırılmasını müzakirə etmək üçün dünya liderlərini, beynəlxalq qurumların, vətəndaş cəmiyyətinin və müxtəlif BMT…

Daha çox

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Azərbaycanda bir torpaq sənədi üzrə 3 hektar və daha çox sahəni bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir. Nazirlik bəyan edib ki, torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən artıq bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar. Bir torpaq sənədi üzrə 3 ha-dan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi könüllü müraciəti əsasında aparılır. Aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı…

Daha çox

Son 4 ildə dövlət qulluqçularının maaşı 62% artıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 4 ildə dövlət qulluqçularının sayı 2,6% və ya 688 nəfər artıb. SİA xəbər verir ki, ötən ilin sonuna olan rəqəmlərə əsasən, ölkədə dövlət qulluqçularının sayı son bir ildə 224 nəfər artaraq 27 360 nəfər olub. Onlardan 69,7%-ni kişilər, 30,3%-ni isə qadınlar təşkil edib. Məlumat üçün bildirək ki, son 4 ildə dövlət qulluğunda çalışan kişilərin sayı 1,3% və ya 256 nəfər azalıb, qadınların sayı 12,9% və ya 944 nəfər artıb. Son bir ildə isə kişi dövlət…

Daha çox

5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb

Bu ilin yanvar-may aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, nəticədə qatardakı sərnişinlərin həyatına təhlükə yaranır, qatarlara və infrastruktura ziyan dəyir və bəzən qatar təcili dayanma etdiyi üçün qrafikdə gecikmələr baş verir. “Ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, ADY hərəkətin təhlükəsizliyinə yaradılan risklərin tamamilə aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu cür hallarla mübarizə aparmaq üçün davamlı maarifləndirmə işləri və dəmir yollarının ətrafında yaşayan sakinlərlə profilaktik söhbətlər aparılır,…

Daha çox

“Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin göstəricisidir”

“2025-ci ilin iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. 1800 meqavat gücüilə ölkənin ən iri istilik elektrik stansiyası olan proje həm dəunikal xüsusiyyətlərinə görə diqqət cəlb edir. Müasir texnologiyalarla təchiz olunan stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir…

Daha çox

Paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 4,7 faiz artıb

Cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13 milyard 761,5 milyon manat olub. Bakı şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 faiz artaraq 7 milyard 508,1 milyon manata, qeyri-ərzaq malları isə 3,8 faiz artaraq 6 milyard 253,4 milyon manat təşkil edib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 faiz, fərdi sahibkarlar, bazar və…

Daha çox