Təsərrüfat obyektləri vergi orqanında uçota alındıqdan sonra bazarda fəaliyyət göstərə biləcək

[ad_1] Bu ilin okntyabr ayından Azərbaycanda bazarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi vergi orqanında uçota alındıqdan sonra mümkün olacaq. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir. Məlumata görə, “Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır. Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata…

Daha çox

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşüb

[ad_1] Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,68 % azalaraq 82,95 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 80,14 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar…

Daha çox

Əmtəə bazarlarında qızıl ucuzlaşıb

[ad_1] Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,15% azalaraq 2 744,6 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,83% artaraq 31,4 ABŞ dollarına bərabər olub. [ad_2]

Daha çox

Bitkoinin qiyməti dəyişir

[ad_1] ABŞ-da Bitkoin kriptovalyutasının qiyməti Melaniya Trampın buraxdığı “$TRUMP” adlı memkoinin satışa çıxarılması fonunda 100.000 dollardan aşağı düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 19-da Bitkoinin dəyəri 106 422 min dollar təşkil edirdisə, bu gün 99 000 dollara düşüb. Memkoin sosial eksperiment kimi yaradılan kriptovalyutadır. Onun qiyməti əsaslandığı fenomenin məşhurluğundan asılı olaraq dəyişir. Onun qiyməti siyasətçiyə verilən dəstəkdən asılı olur. Bu cür kriptovalyutalar heç bir dəyər daşımır və ancaq spekulyativ maliyyə aləti kimi çıxış edirlər. [ad_2]

Daha çox

İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

[ad_1] İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı tarixi hadisələrə nəzər salaraq xalqın qəhrəman övladlarının apardığı azadlıq mübarizəsini, müstəqillik salnaməsini bir daha xatırladıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Bununla da tariximizə milli iradənin simvolu kimi daxil olan 20 Yanvar hər il dövlət səviyyəsində anılır, gənc nəslə ötürülərək əbədiləşdirilir. [ad_2]

Daha çox

Əməkdaşlıq imkanları müzakirə edilib

[ad_1] SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Malik ilə görüşüb. SOCAR-dan SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana dövlət səfərinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə və bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib. Söhbət zamanı bu günədək enerji sektoru üzrə birgə həyata keçirilən layihələr və əldə edilən nəticələr, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib, neft məhsullarının ticarəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında…

Daha çox

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

[ad_1] “Azərişıq” ASC Quba Rayonu Heydər Əliyev Mərkəzində sahibkarlarla görüş keçirib. ASC-dən SİA-ya bildirilib ki, görüşdə 30-dan çox sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov, Xaçmaz RETSİ-nin (Regional Enerji Satışı və Təchizatı İdarəsi) rəisi Vüqar Kazımov, “Azərişıq” ASC-nin Aktların Uçotu və İcrasına Nəzarət şobəsinin rəisi Fuad Yusifov, Quba Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdir müavini Loğman Əliyev iştirak ediblər. Görüş zamanı sahibkar və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş…

Daha çox

Banklar bu təhlükəsizlik tədbirlərini görməlidir

[ad_1] “Banklarda kibertəhlükəsizlik müştəri məlumatlarının, maliyyə əməliyyatlarının və sistemlərin qorunmasını təmin etmək üçün müxtəlif texnologiyalar, prosedurlar və siyasətlərdən istifadə etməklə həyata keçirilir”. Bu sözləri kibertəhlükəsizlik üzrə ekspert Fərid Əmirov SİA-ya açıqlamasında deyib. Ekspertin sözlərinə görə, əsas tədbirlərə bunlar daxildir: “1. Şəbəkə Təhlükəsizliyi: Firewall-lar, VPN-lər və təhlükəsizlik proqramları ilə daxili şəbəkələrin qorunması. 2. Məlumat Şifrələnməsi: Məlumatların ötürülməsi və saxlanması zamanı şifrələmə metodlarının tətbiqi. 3. İstifadəçi Doğrulama: İki faktorlu autentifikasiya (2FA) və biometrik sistemlərdən istifadə. 4. Monitorinq və Analitika: Təhlükəsizlik insidentlərini aşkar etmək üçün SIEM (Security Information and Event Management) həllərinin tətbiqi.…

Daha çox