BP “Şahdəniz Alfa” yatağında hasilatı bərpa edib

[ad_1] BP texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış “Şahdəniz Alfa” yatağında hasilatı bərpa edib. SİA xəbər verir ki, bu barədə BP-nin Şahdəniz yatağı üzrə regional hasilat meneceri Ceyms Dunbar “AnewZ”ə açıqlamasında bildirib. O, işin bərpasını təsdiqləyib və bütün texniki məsələlərin həll olunduğunu vurğulayıb. Qeyd edək ki, hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi. [ad_2]

Daha çox

Azərbaycan AQEM-lə nəqliyyat və İKT sahəsində görüləcək işləri müzakirə edib

[ad_1] Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) ilə müvafiq tədbirlərin keçirilməsi və layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr, nazir Rəşad Nəbiyevin Azərbaycanda səfərdə olan AQEM-in Baş katibi Kayrat Sarıbay ilə keçirilən görüşdə aparılıb. Görüşdə həmçinin Azərbaycanın təşkilata sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib. [ad_2]

Daha çox

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlığa başlayır

[ad_1] Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb. O, bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur. Ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti təkmilləşdirilir, insan hüquq və azadlıqları etibarlı müdafiə olunur. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. A.Bağırov məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə aparılan islahatlar, Vəkillər…

Daha çox

Kəndlər şəhərlərlə müqayisədə niyə geriləyir?

[ad_1] “Ümumiyyətlə bu kifayət qədər geniş və çox istiqamətli mövzudur. Amma mən buna iki aspektdən yanaşardım. Birincisi sosial, ikincisi isə iqtisadi aspektdir. Bu iki aspektdə də kənd həyatının çətinliyi ondan ibarətdir ki, insanlar iş yeri tapmaqda çətinliklə üzləşirlər, onların əməyi layiqli dəyərləndirilmir, regionlarda təklif olunan iş yerlərinin əhəmiyyətli hissəsi kənd təsərrüfatının payına düşür. Bu da təbii ki, ən aşağı əməkhaqqı olan sahələrdən biridir və həmçinin kənd təsərrüfatının mövcud inkişaf çərçivələri səmərəli fəaliyyətin təşkili üçün imkanlar yaratmır”. Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, zamanında torpaq…

Daha çox

Nazirin keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

[ad_1] Energetika naziri Pərviz Şahbazovun yanvarın 17-də Qobustanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul yanvarın 24-də saat 11:00-dan başlayaraq Qobustan rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3700, Qobustan şəhəri, H.Əliyev pr.1) keçiriləcək. Nazir Qobustan, Şamaxı, Ağsu və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialı…

Daha çox

Binəqədidə 4 saat işıq olmayacaq

[ad_1] Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə SİA-ya “Azərişıq”dan bildirilib. Məlumata görə, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Binəqədi kənd və yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. [ad_2]

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

[ad_1] Yanvarın 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.16% – 43,153.13 bəndədək, S&P 500 indeksi 0.21% – 5,937.34 bəndədək, Nasdaq indeksi isə 0.89% – 19,044.39 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 16-də FTSE 100 indeksi 1.09% – 8,391.90 bəndədək, Fransanın CAC-40 indeksi isə 2.14% – 7,634.74 bəndədək, Almaniyanın DAX indeksi 0.39% – 20,655.39 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.07% azalaraq 1.0294 dollar təşkil edib. [ad_2]

Daha çox

Dünya bazarlarında neftin qiyməti artıb

[ad_1] ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,69% artaraq 1 barelə görə 81.85 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,93% artaraq 1 barelə görə 79.41 ABŞ dollarına bərabər olub. [ad_2]

Daha çox

AMB və ADB 5 illik yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təqdim edib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təqdim edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə görüşüb. Görüş çərçivəsində Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib, Azərbaycanın ADB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub və əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. [ad_2]

Daha çox