[ad_1] 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 34 mal kateqoriyası üzrə 818 məhsula dair 3 817 təhlükəsizlik parametri müəyyən edib. SİA xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, qurum laboratoriyaların milli və beynəlxalq standartlara uyğun fəaliyyətinin təşkil edilməsi məqsədilə diaqnostik qiymətləndirmələr aparıb. Təhlillər əsasında qabaqcıl texniki reqlamentlər, qaydalar və istinad standartları nəzərə alınıb. Müəyyən edilmiş təhlükəsizlik parametrləri üzrə 31 dövlət orqanının tabeliyində olan və akkreditasiya olunmuş 90 sınaq laboratoriyasının imkanları qiymətləndirilib. Dövlət Xidmətinin rəisi…
Daha çoxCategory: İqtisadiyyat
Ağdərədə Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
[ad_1] Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Ağdərə rayonu ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz Radio-Televiziya Yayım Stansiyasının işini bərpa edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiya elektrik enerjisi ilə təmin olunub. Texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. 300 Vt gücündə televiziya vericisi, 4×1 konfiqurasiyalı anten sistemi, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq…
Daha çoxDövlət Vergi Xidmətində ötən il 637 cinayət işi başlanıb
[ad_1] 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergidən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və yalançı sahibkarlıq faktları üzrə cəmi…
Daha çoxNaxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 66 % artıb
[ad_1] 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlar üzrə dövriyyə 2023-cü ilə nisbətən 66,2 % artaraq 1 milyard manatı keçib. Bu barədə SİA-ya Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib. Bundan başqa, məlumata görə, ötən il muxtar respublikada qeydiyyatdan keçmiş POS-terminalların sayı əvvəlki ilə nisbətən 76 % artaraq 2 036, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 38,8 % artaraq 112 milyon manat təşkil edib. [ad_2]
Daha çox2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb
[ad_1] 2024-cü ildə Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 1 871 müqavilə bağlanılıb ki, bu da 2023-cü illə müqayisədə 30,9% çoxdur. SİA bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir. Xatırladaq ki, bu mexanizm Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı əsasında, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunur. Ümumilikdə 2024-cü ilin sonuna qədər mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir. Mexanizmi çərçivəsində vətəndaşlara 14 ünvanda mənzillər təqdim…
Daha çox9 kəndi birləşdirən yolların yenidən qurulması yekunlaşıb
[ad_1] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistarl avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunu yenidən qurub. SİA bu barədə agentliyə istinadən xəbər verir. Uzunluğu 42,35 kilometr olan yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib. Layihə üzrə yol boyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu…
Daha çoxAzərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb
[ad_1] 2024-cü ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 64,1 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 1,1 % çox sənaye məhsulu istehsal edib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,5 %, qeyri neft-qaz sektorunda isə 7,3 % artıb. Sənaye məhsulunun 64,3 %-i mədənçıxarma sektorunda, 29,8 %-i emal sektorunda, 4,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma…
Daha çoxAzərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 %-ə yaxın azalıb
[ad_1] 2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat və yaxud 2023-cü illə müqayisədə 0,7 % az investisiya yönəldilib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,2 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,3 % artıb. Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 641,3 milyon manatı və yaxud 49,6 %-i məhsul istehsalı sahələrinə, 8 milyard 221,1 milyon manatı və yaxud 38,4 %-i xidmət sahələrinə, 2 milyard 572,7 milyon manatı və yaxud 12 %-i isə yaşayış evlərinin…
Daha çoxPakistan Azərbaycanın yük avtomobillərinin ölkəyə girişinə icazə verib
[ad_1] Pakistan hökuməti tranzit və ikitərəfli ticarət yüklərini daşıyan Azərbaycanın qeydiyyatdan keçmiş avtomobillərinin ölkəyə daxil olmasına rəsmi icazə verib. SİA xəbər verir ki, Pakistanın Federal Gəlirlər Şurası Azərbaycan-Pakistan Tranzit Ticarət Sazişi çərçivəsində Azərbaycan-Pakistan Tranzit Ticarət Qaydaları ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Azərbaycanın Kəraçi limanı, Məhəmməd Bin Qasim və Qvadar limanına və bu limanlar vasitəsilə digər ölkələrə idxal etdiyi yüklərin daşınması asanlaşacaq. Bundan başqa, tranzit və ikitərəfli ticarət yüklərinin daşınması üçün istifadə olunan Azərbaycan dövlət qeydiyyatına alınmış, etibarlı icazələri olan avtonəqliyyat vasitələrinə nəqliyyat vasitəsindən tutulan rüsum və vergilər üçün heç…
Daha çoxNaxçıvanda dövlət əmlakı olan 4 nəqliyyat vasitəsi özəlləşdirilib
[ad_1] Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac təşkil olunub. Nazirliyin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesində 4 nəqliyyat vasitəsi üçün 5 sifariş qəbul olunub. Hərracda iştirak edən 3 sifarişçi hərracın qalibi olub, 1 nəqliyyat vasitəsi üçün sifariş olmadığından hərrac baş tutmamış hesab edilib. [ad_2]
Daha çox