Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edib. SİA quruma istinadən xəbər verir ki, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənib, ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) onları eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alıb. Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı, ABŞ-ın Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılıb. Xatırladaq ki, 1992-ci…

Daha çox

Bakıda magistral su kəməri yenilənir

Bakı şəhərində su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yenidənqurma işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən, diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Kəmərin qəzalı hissəsinin yenilənməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun artıq 200 paqon metrlik hissəsi inşa edilib. Hazırda Sutikinti Müəssisəsi tərəfindən həmin kəmərin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 60…

Daha çox

“Oksigen İstehsalı Müəssisəsi” qeydiyyatdan keçib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə məxsus “Oksigen İstehsalı Müəssisəsi” MMC-ni dövlət qeydiyyatına alıb. SİA bu barədə Xidmətə istinadən xəbər verir. Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Qəmqusar küçəsi, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İlqar Rəhim oğlu Qafarovdur.

Daha çox

ASCO Çin şirkəti ilə müzakirə aparıb

“AZCON Holding”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Çinin “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələri multimodal daşımalar, liman və logistika mərkəzlərinin inkişafı üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. SİA ASCO-ya istinadən xəbər verir ki, müzakirələr “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Məlumata əsasən, həmçinin görüşdə tərəflər birgə investisiya və əməliyyat layihələrinin reallaşdırılması məsələlərinin də müzakirə ediblər. Görüşdə tərəflər əməkdaşlıq istiqamətlərinin daha dərindən araşdırılması, qarşılıqlı maraq doğuran sahələr üzrə danışıqların davam etdirilməsi və məqsədyönlü addımların atılması barədə razılığa gəliblər. Qeyd…

Daha çox

Bakı və Abşeronda unun topdansatış qiyməti azalıb

İyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib. SİA Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə dəyişməyib. O cümlədən, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26,5-27,3manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0,7 %azalıb. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir. Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub…

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,71 % artaraq 74,70 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,30 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,54 ABŞ dolları və ya 0,74 % artaraq 73,46 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,04% dolları artaraq 3 344,1 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,34% artaraq 37,03 ABŞ dolları olub.

Daha çox

İkinci əl Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik?

Son illər Çindən gətirilən avtomobillər bazarda sürətlə yayılmağa başlayıb. Bəzi alıcılar bu avtomobilləri rəsmi distributordan yenisini almağa üstünlük versələr də, bir çoxları daha ucuz olduğuna görə ikinci əl Çin avtomobillərinə üstünlük verirlər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, avtomobil mütəxəssisləri ikinci əl Çin maşını alarkən bəzi vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər, çünki bir sıra hallarda bu avtomobillərdə müxtəlif texniki problemlər ortaya çıxa bilər

Daha çox

“Azərişığ”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular

Qırğızıstanda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” keçirilib. SİA xəbər verir ki, Azərbaycanı bu yarışda “Azərişıq” ASC 6 nəfərlik heyətlə təmsil edib. Açılış mərasimində Qırğızıstan Respublikasının energetika nazirinin müavini Usenova Nazgül Jorobelovna və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin sədri Altınbek Rısbekov komandaları salamlayıblar. Türk dövlətlərinin qədim tarixindən danışılıb, bu yarışların onlar arasındakı dərin bağları daha da möhkəmləndirəcəyi vurğulanıb. 3 mərhələ üzrə 2 gün ərzində keçirilən “Peşə Ustalığı Yarışları”nda “Azərişıq” ASC-nin komandası “Ən yaxşı iş icraçısı” və “Ən yaxşı hakim işi” nominasiyaları üzrə bütün rəqiblərini üstələyərək qalib…

Daha çox

Dövlət əmlakı olan 74 nəqliyyat vasitəsi hərraclara çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 22-si və 29-da hərraclar keçiriləcək. Hərraclara 74 nəqliyyat vasitəsi çıxarılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir. İyulun 29-da keçiriləcək hərraca isə lot üzrə 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.

Daha çox