“Azərbaycanın enerji sektorunun inkişafına dünyanın da ehtiyacı var”

“”8 Noyabr” elektrik stansiyası gücünə görə Azərbaycanın ən böyük elektrik stansiyası sayılır. “Mingəçevir” Su Elektrik Stansiyası əgər vaxtı ilə Sovet Azərbaycanının ən böyük enerji mənbəyi idisə, bu gün “8 Noyabr” müstəqil Azərbaycanın ən böyük enerji mənbəyi kimi fəxarətlə qeyd edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın enerji siyasəti ümumiyyətlə iqtisadi sektorun ən aparıcı sahəsinə çevrilib. Buna həm cəmiyyətin, həm də Azərbaycanın enerji sektorunun inkişafına dünyanın böyük ehtiyacı var: “Tək-tək ölkələr var ki, onlarda enerji sektorunun hərtərəfli şaxələndirilməsi və inkişaf etdirilməsi təkcə ölkənin milli…

Daha çox

Azərbaycanda unun qiyməti ucuzlaşdı

İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib. SİA Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3 % – 0,7 % azalma ilə müşahidə olunub. Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib. Burada da qiymətlər müvafiq olaraq 1,8-1 % azalıb. Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da…

Daha çox

“Azəriqaz”ın rəhbəri Şabranda vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edəcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. İstehsal Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.

Daha çox

Azərbaycan neftinin qiyməti 72 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,84 ABŞ dolları, yaxud 1,15 % azalaraq 72,01 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,16 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,83 ABŞ dolları və ya 0,16 % azalaraq 70,70 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…

Daha çox

Əmtəə bazarlarında qızıl 3 300 dollardan yuxarı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,92% dolları artaraq 3 338,1 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,69% artaraq 36,42 ABŞ dolları olub.

Daha çox

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 1-nə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Daha çox

“Prezidentin regionlara etdiyi səfərlər bölgələrə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür”

“Prezidentin regionlara etdiyi analoji səfərlər dövlətin bölgələrə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür. Bu səfərlər ölkədə bərabər sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Məlumdur ki, paytaxt Bakı sürətlə inkişaf edir, lakin bu inkişafın bölgələrdə də paralel şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas hədəflərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, son 20 ildə Prezidentin təqribən 50 rayona səfəri həyata keçirilmiş, bu müddət ərzində mindən çox sosial, iqtisadi və infrastruktur obyekt istismara verilmişdir: “Həmçinin yüzlərlə məktəb və xəstəxana, minlərlə kilometr uzunluğunda…

Daha çox

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edib. Tur çərçivəsində media nümayəndələri kəllə qəndin istehsalı prosesi ilə yaxından tanış olublar. Jurnalistlər xammalın qəbulundan, hazır məhsulun qablaşdırılması mərhələsi daxil bütün prosesin standartlara uyğun, tam gigiyenik və müasir avadanlıqlarla həyata keçirildiyini müşahidə ediblər. Kəllə qəndin heç bir kimyəvi və süni qatqı olmadan və təbbi texnoloji proseslə ağardılmasının şahidi olan media nümayəndələrinə bu prosesdə mühüm rol oynayan sentrafuqa (mərkəzdənqaçma) avadanlığı haqqında da məlumat verilib. Bu avadanlıq vasitəsilə bişirmə prosesində qənd kristallarının tərkibində…

Daha çox