Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,84 ABŞ dolları, yaxud 1,15 % azalaraq 72,01 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,16 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,83 ABŞ dolları və ya 0,16 % azalaraq 70,70 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…
Daha çoxCategory: İqtisadiyyat
Əmtəə bazarlarında qızıl 3 300 dollardan yuxarı səviyyədə ticarət olunur
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,92% dolları artaraq 3 338,1 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,69% artaraq 36,42 ABŞ dolları olub.
Daha çoxAQTİ-də sahibkarların qəbulu keçiriləcək
AQTİ-də sahibkarların qəbulu keçiriləcək
Daha çoxNəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 1-nə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Daha çoxAzərbaycanda avronun məzənnəsi 2 manatı ötüb
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA xəbər verir ki, 2025-ci il iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1707 manatadək, Türkiyə lirəsi 0,0427 manatadək, Avro isə 2,0035 manata kimi bahalaşıb.
Daha çox“Prezidentin regionlara etdiyi səfərlər bölgələrə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür”
“Prezidentin regionlara etdiyi analoji səfərlər dövlətin bölgələrə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür. Bu səfərlər ölkədə bərabər sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Məlumdur ki, paytaxt Bakı sürətlə inkişaf edir, lakin bu inkişafın bölgələrdə də paralel şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas hədəflərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, son 20 ildə Prezidentin təqribən 50 rayona səfəri həyata keçirilmiş, bu müddət ərzində mindən çox sosial, iqtisadi və infrastruktur obyekt istismara verilmişdir: “Həmçinin yüzlərlə məktəb və xəstəxana, minlərlə kilometr uzunluğunda…
Daha çoxİmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edib. Tur çərçivəsində media nümayəndələri kəllə qəndin istehsalı prosesi ilə yaxından tanış olublar. Jurnalistlər xammalın qəbulundan, hazır məhsulun qablaşdırılması mərhələsi daxil bütün prosesin standartlara uyğun, tam gigiyenik və müasir avadanlıqlarla həyata keçirildiyini müşahidə ediblər. Kəllə qəndin heç bir kimyəvi və süni qatqı olmadan və təbbi texnoloji proseslə ağardılmasının şahidi olan media nümayəndələrinə bu prosesdə mühüm rol oynayan sentrafuqa (mərkəzdənqaçma) avadanlığı haqqında da məlumat verilib. Bu avadanlıq vasitəsilə bişirmə prosesində qənd kristallarının tərkibində…
Daha çoxBeynəlxalq dəhlizlərin inkişafında Azərbaycanın polad “arteriyası”
Azərbaycanın şimal ilə cənubun, şərq ilə qərbin qovşağında yerləşməsi onu tarix boyu coğrafi baxımdan strateji məkana çevirib. Ötən dövr ərzində nəqliyyat sektorunun, xüsusilə dəmir yolu nəqliyyatının inkişafı həm ölkədaxili, həm də ölkəxarici artan tələbatdan irəli gəlirdi. Belə ki, ilk dəfə 145 il öncə Azərbaycanda neft daşınması üçün salınan 20 kilometrlik dəmir yolları ötən illər ərzində keşməkeşli inkişaf yolu keçərək 100 dəfədən çox istismar uzunluğu ilə (2100 kilometr) beynəlxalq dəhlizlərin polad “arteriyası”na çevrilib. Lakin bu, son deyil! Azərbaycan dəmir yolları ölkə ərazisindən keçən bütün beynəlxalq dəhlizlərin əsas magistralı olmaq iddiasındadır. Bu…
Daha çoxKölgə iqtisadiyyatının zərərləri BUNLARDIR
“Kölgə iqtisadiyyatı — uçota daxil edilməyən və ya uçotdan gizlədilən iqtisadiyyatdır. Burada üç əsas növ fəaliyyət mövcuddur: uçota daxil edilməyən, uçotdan gizlədilən və idarəedici orqanlara vergi verilməyən qeyri-leqal iqtisadiyyatlar. Bu üç kateqoriya birlikdə kölgə iqtisadiyyatını təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, birinci növ — uçota daxil edilməyən fəaliyyətlərdir. Məsələn, şəxsi həyətdə pomidor, xiyar yetişdirmək və ya toyuq saxlamaq kimi fəaliyyətlər rəsmi uçota daxil edilmədiyindən uçota daxil edilməyən iqtisadiyyat sayılır. Bu fəaliyyətlər iqtisadiyyatın bir hissəsi olmaqla, insanların ehtiyaclarını ödəməyə xidmət edir. İkinci növ…
Daha çoxDaha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. SİA-nın məlumatına görə, KOBİA-dan bildirilib ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. “Startap” şəhadətnamələri “İloyal” MMC-nin müştəri loyallığı və rəqəmsal menyu idarəetmə platforması və fərdi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib. Ümumilikdə, indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni…
Daha çox