Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti – VİDEO
Daha çoxCategory: İqtisadiyyat
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni rəis və rəis müavini təyin olunub. SİA bu barədə Xidmətə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qurumun rəisi Rafiq Aslanov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini təyin edilib.
Daha çox“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” dəyişib
Nazirlər Kabineti 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq sığortaedənlər bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün həmin Qanunla müəyyən edilmiş…
Daha çoxBəzi sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəlirinin hesablanması qaydası müəyyən edilib
Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3, digər rayon (şəhər) və…
Daha çoxQlobal Dayanıqlı Nəqliyyat İnnovasiyaları və Bilik Mərkəzinin Azərbaycanda filialı yaradıla bilər
Çinin Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən və 2022-ci ildən etibarən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən Qlobal Dayanıqlı Nəqliyyat İnnovasiyaları və Bilik Mərkəzi (GSTIKC) Azərbaycanda filialı yaradıla bilər. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Çində müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” keçirilib. Tədbirin məqsədi nəqliyyat sahəsində dayanıqlı inkişafın təmin olunması üçün holistik baxışın və vahid strategiyanın formalaşdırılması, innovativ və təkrarlanabilən təşəbbüslərin paylaşılması, rəqəmsal inkişaf, yaşıl və aşağı karbonlu texnologiyalar, nəqliyyat sistemlərinin inklüzivliyi və təhlükəsizliyi ilə bağlı qlobal əməkdaşlığı gücləndirməkdir. Tədbirdə…
Daha çoxAzərbaycanda “yaşıl enerji” resurslarından istifadənin təşviqi müzakirə edilib
Azərbaycanın “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr aparılıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, həmkarları ilə “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda keçirilən paneldə iştirak edib. “Azərbaycanın beynəlxalq enerji, nəqliyyat və ticarət platformalarında strateji rolu, regional əməkdaşlığın şaxələndirilməsi, özəl sektorun xarici bazarlara çıxışının artırılması, “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr apardıq”, – deyə M.Cabbarov vurğulayıb.
Daha çoxKənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Azərbaycanda iyulun 15-dən avqustun 15-də qədər həyata keçirilməsi nəzərdə tutulan kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Daha çoxAzərbaycanda daha 56 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Avqustun 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 89 min 600 manat olan 56 nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi çıxarılacaq. Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Daha çoxAzərbaycanda I yarımildə büdcədən 152 milyon manatdan çox vəsait geri qaytarılıb
Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 152 milyon 395,2 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. O cümlədən, 6 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 36 milyon 250,5 min manat təşkil edib.
Daha çoxHesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi aparılır
Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsini həyata keçirir. SİA Palataya istinadən xəbər verir ki, qiymətləndirmə 1900 nömrəli Həmkar Qiymətləndirməsinə dair INTOSAI Təlimatı əsasında həyata keçirilir. Həmkar qiymətləndirilməsi çərçivəsində nümayəndə heyəti Palatanın aparat rəhbəri və struktur bölmə rəhbərləri ilə görüşlər keçirir, müzakirələr aparır. Qiymətləndirmə prosesi Palatanın müstəqilliyi, fəaliyyətinin hüquqi əsasları, daxili idarəetmə və etika, auditlərin keyfiyyəti, hesabatlılıq, kadr və təlim potensialının inkişafı, maliyyə idarəetməsi və s. sahələri əhatə edir. Qiymətləndirmə 2022-ci ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.
Daha çox