“2025-ci ilin iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. 1800 meqavat gücüilə ölkənin ən iri istilik elektrik stansiyası olan proje həm dəunikal xüsusiyyətlərinə görə diqqət cəlb edir. Müasir texnologiyalarla təchiz olunan stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir…
Daha çoxCategory: İqtisadiyyat
Paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 4,7 faiz artıb
Cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13 milyard 761,5 milyon manat olub. Bakı şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 faiz artaraq 7 milyard 508,1 milyon manata, qeyri-ərzaq malları isə 3,8 faiz artaraq 6 milyard 253,4 milyon manat təşkil edib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 faiz, fərdi sahibkarlar, bazar və…
Daha çoxSosial Dəstək Mərkəzinin zərəri 22 % azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2024-cü ili 122 min manat zərərlə başa vurub. SİA Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 21,9 % azdır. Bununla belə, qurumun yığılmış zərəri 22,6 % artaraq 661 min manata çatıb. Ötən il Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 874 min manat (əvvəlki ilə nisbətən 0,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 581 min manat (13,9 % çox), sosial xidmət və maddi yardım xərcləri 142 min manat (42,3 % az), köhnəlmə və amortizasiya xərcləri 197…
Daha çoxYasamalın qaz təchizatında fasilə yaranıb
Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Daha çoxAzərbaycan Mərkəzi Bankının valyuta məzənnələri AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, avronun məzənnəsi 1,03 % artaraq 1,9944 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,57 % azalaraq 2,1616 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,9944 100 Rusiya rublu 2,1616
Daha çoxAzərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu kəskin azaldıb
Bu ilin l rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 17,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,6 % azdır. Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,9 %-dən 5,5 %-ə düşüb. Rüb ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 110,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 42,1 % azdır. Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,6 %-dən 0,7 %-ə çatıb. Xatırladaq ki, yanvar-mart aylarında…
Daha çoxAzərbaycan çay idxalını artırıb, ixracını isə azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 6 289 ton çay idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 38 milyon 112 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 169 ton (22,8 %), dəyər baxımından isə 12 milyon 414 min ABŞ dolları (48,3 %) çoxdur. Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib. Bundan başqa, 5 ay ərzində Azərbaycan 2 milyon 581 min ABŞ dollar dəyərində 288 ton çay ixrac edib. Bunlar,…
Daha çoxAzərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 228 min 518 ton meyvə-tərəvəz idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə meyvə-tərəvəzin dəyəri 165 milyon 347 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16 min 650 ton (7,8 %), dəyər baxımından isə 21 milyon 69 min ABŞ dolları (14,6 %) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,7 %-ni təşkil edib. Bundan başqa, 5 ay ərzində Azərbaycan 299 milyon 282 min ABŞ dolları dəyərində 291 min 393 ton…
Daha çoxAzərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 5 dəfə artırıb
Bu ilin l rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 30,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,8 %-dən 9,7 %-ə çatıb. Rüb ərzində Gürcüstan isə Azərbaycan iqtisadiyyatına 10,2 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 10,7 % çoxdur. Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,6 %-dən 0,7 %-ə çatıb. Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş…
Daha çoxAzərbaycan Diasporuna Dəstək Fondu maliyyə vəziyyətini açıqlayıb
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2023-cü ili 2 min manat zərərlə başa vurub. Halbuki, Fond 2023-cü ildən 325 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il qurumun gəlirləri 1,199 milyon manat (əvvəlki ilə nisbətən 49,9 % az), xərcləri isə 1,201 milyon manat (41,9 % az) təşkil edib. Bu il yanvarın 1-nə Azərbaycan Diasporuna Dəstək Fondunun aktivləri 3,895 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % azdır. Hesabat dövründə Fondun öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 0,1 % azalaraq 3,895 milyon…
Daha çox