“Bitcoin” yenidən bahalaşır

2025-ci ilin iyun ayının sonuna doğru “Bitcoin” (BTC) bazar iştirakçılarının diqqətini yenidən üzərinə çəkib. SİA xəbər verir ki, hazırda dünyanın ən dəyərli kriptovalyutası olan “Bitcoin”in qiyməti $107,325.03 təşkil edir. Bu, artıq 107 min dollar səddinin aşılması deməkdir və BTC tarixində növbəti mühüm psixoloji mərhələ kimi qiymətləndirilir. Son bir saatda “Bitcoin” qiymətində 0.22%, son 24 saatda isə 0.37% azalma müşahidə olunsa da, həftəlik performans 2.52% artımla müsbət dinamikanı qoruyur. Bu da bazarın hələ də ümumilikdə yüksəliş meyilli olduğunu göstərir. Qiymətdəki bu dəyişikliklər, qısamüddətli dalğalanmaların tipik bir göstəricisidir. “Bitcoin”in bazar kapitallaşması $2,134,058,611,762…

Daha çox

Çin şirkətlərinin iştirakı müzakirə edilib

Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin fəal iştirakının təmin edilməsi müzakirə edilib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Çinin Milli Enerji Administrasiyasının sədri Vanq Hongzhi ilə ikitərəfli enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində məhsuldar görüş keçirdik. Azərbaycanda bərpa olunan enerji|nin planlaşdırılması, istehsalı, avadanlıqlarla təchizatı, dənizdə külək enerjisindən istifadə və interkonnektorlar da daxil olmaqla enerji infrastrukturunun qurulması sahələrində Çin şirkətlərinin fəal iştirakının təmin edilməsinə dair fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.

Daha çox

Azərbaycanda meyvə-tərəvəz konservləri istehsalı 5 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 milyon 849,4 min dekalitr meyvə şirəsi istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır. Bundan başqa, hesabat dövrünə Azərbaycanda 66 min 502,7 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 5,2 % çoxdur. İyunun 1-nə ölkədə 677,7 min dekalitr meyvə şirəsi ehtiyatı, 17 min 244,3 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 4,6 % və 17 % çoxdur. Hesabat dövründə Azərbaycanda 2 milyard 203…

Daha çox

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artıb

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2023-cü ili 3,506 milyon manat xalis mənfəətlə başa vurub. SİA xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,1 dəfə çoxdur. 2023-cü ildə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin gəlirləri 12,192 milyon manat (2022-ci illə müqayisədə 3,1 dəfə çox), köhnəlmə və amortizasiya xərcləri 3,528 milyon manat (+56,9 dəfə), işçi heyəti ilə bağlı xərcləri 2,911 milyon manat (+72,6 %), ümumi və inzibati xərcləri 2,372 milyon manat (+25,4 %), sair gəlirləri 131 min manat (+131 dəfə), məzənnə fərqindən gəlirləri 2,4 min manat (+4,3 %), mənfəət vergisi ödəmələri isə 3,8…

Daha çox

İki gün ərzində paytaxtdan bölgələrə 500-dən çox reys həyata keçirilib

25-26 iyun tarixlərində paytaxtdan bölgələrə 16485 sərnişin daşınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys buraxılırsa, iki gün ərzində BBAK-dan əlavə olaraq 113 reys həyata keçirilib. Sərnişinlərin 33 faizindən çoxu biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Daha çox

Bu gün Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür

Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7%-ni KOB subyektləri təşkil edir. SİA xəbər verir ki, mikro, kiçik və orta bizneslər (KOB-lar) bütün dünyada iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun artırılmasına, yoxsulluğun azaldılmasına, innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90%-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70%-ni, ümumi daxili məhsulun 50-60%-ni təmin edir. KOB-ların bu töhfəsi nəzərə alınaraq BMT Baş Assambleyasının qətnaməsinə əsasən 2017-ci ildən etibarən 27 iyun tarixi dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi…

Daha çox

Azərbaycanda kolbasa ehtiyatı 16 %-dən çox azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 11 min 992,4 ton kolbasa məmulatları istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur. İyunun 1-nə ölkədə 45,9 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 16,4 % azdır. Hesabat dövründə Azərbaycanda 2 milyard 203 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,4 % çoxdur.

Daha çox

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kredit ödənişlərini 2 %-ə yaxın artırıb

Ötən il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) kredit borclarının qaytarılmasına 5,056 milyon manat yönəldib. SİA qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,6 % çoxdur. Agentliyin kreditlərin ödənilməsinə çəkdiyi xərci onun ümumi xərclərinin 0,1 %-i qədərdir. Xatırladaq ki, AAYDA Prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 716,534 milyon manatdır.

Daha çox

Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb

Energetika Nazirliyi Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin Tədqiqatına dair Saziş imzalayıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Bu saziş ölkəmizin enerji sisteminin çevik, dayanıqlı və bərpa olunan enerji mənbələrinə uyğunlaşan bir infrastruktur kimi inkişafı istiqamətində atılmış mühüm addımdır”, – nazir qeyd edib. P. Şahbazovun sözlərinə görə, “China Energy Engineering Corporation Limited” (CEEC) şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşdə bərpa olunan enerji sahəsində qurulan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Fəaliyyət Planının icrası…

Daha çox

Azərbaycan Çinin “yaşıl enerji ötürmə” infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub

Azərbaycan Çində dünyanın aparıcı sualtı kabel şirkətlərindən biri olan “Orient Cable” ilə “yaşıl enerji ötürmə” infrastrukturunun yaradılmasını müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Çində “Orient Cable” şirkətində olduq. İnnovativ sualtı və yerüstü kabel sistemləri üzrə həllər təqdim edən şirkətin “yaşıl enerji ötürmə” infrastrukturu, sualtı və yüksək gərginlikli kabellər, dəniz avadanlıqları və mühəndisliyi sahəsindəki fəaliyyətləri ilə yaxından tanış olduq. Bu təcrübə Azərbaycanın “yaşıl enerji dəhlizi” və interkonnektor layihələrinin həyata keçirilməsi baxımından faydalı oldu”, – nazir qeyd edib.

Daha çox