Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1,23% və ya 44 dollar azalaraq 3 306.9 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,40% azalaraq 36.78 ABŞ dolları olub. Analitiklər bildirirlər ki, geopolitik gərginliyin azalması (xüsusilə İsrail–İran arasında), ABŞ dollarının güclənməsi və FED-in faiz siyasəti ilə bağlı təşviş qızıl və gümüşə olan tələbi azaldaraq onların qiymətində düşüşə səbəb olub.
Daha çoxCategory: İqtisadiyyat
Azərbaycanda sahibkarların 99,7 %-i KOB subyektləridir
Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Azərbaycanda KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər. “Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və…
Daha çoxAzərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,18 % artaraq 73,35 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 68,08 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,84 ABŞ dolları və ya 1,18 % artaraq 72,01 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…
Daha çoxAzərbaycan banklarının xalis xarici aktivləri 18 %-dən çox artıb
Bu ilin iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 29 milyard 791,2 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3 %, ilin əvvəli ilə müqayisədə 12 %, ötən ilin iyunun 1-nə nisbətən isə 18,4 % çoxdur. Hesabat tarixinə bankların xalis daxili aktivləri 18 milyard 514,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,3 % çox, ilin əvvəli ilə müqayisədə 6,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 5,9 % azdır. Azərbaycanda 22 bank fəaliyyət göstərir.
Daha çoxAzərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
Bu ilin iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,7 bənd təşkil edib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 0,7 bənd, ilin əvvəli ilə müqayisədə 5,5 bənd, ötən ilin iyunun 1-nə nisbətən 0,6 bənd azdır. Bu ayın 1-nə manatın real effektiv məzənnəsi 117,5 bənd təşkil edib. Bu isə mayın 1-nə olan göstərici ilə müqayisədə 1,2 bənd, ilin əvvəlinə nisbətən 7,6 bənd, ötən illin iyunun 1-i ilə müqayisədə isə 2,6 bənd azdır.
Daha çoxAzərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları, yaxud 0,51 % artaraq 72,49 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,23 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,37 ABŞ dolları və ya 0,52 % artaraq 71,17 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxKOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası keçirilib
“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasda Koordinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü ildə yaradılmış Koordinasiya Qrupunun ilk iclasında verilmiş tapşırıqları xatırladaraq bu platformanın KOB sektoru ilə bağlı dəstək tədbirlərinə dair yeni təşəbbüs və layihələrin irəli sürülməsi, cari fəaliyyətlərə dair məlumatların paylaşılması, fikir mübadiləsi və məsləhətləşmələr, qarşıya çıxan problemlərə dair birgə həll yollarının araşdırılması üçün əhəmiyyətli olduğunu qeyd edib.…
Daha çoxKapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Visa beynəlxalq ödəniş sisteminin sponsorluğu, Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən tədbir “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunub. Sammit çərçivəsində təşkil edilən 7 paneldə ekspertlər maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modelləri, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar ətrafında geniş fikir mübadilələri aparıblar. Visa-nın Azərbaycan…
Daha çoxTDT-nın Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub
Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti toplantıda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, Qırğız Respublikasının Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar. Tədbiri açan Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, su ehtiyatları,…
Daha çoxBakının Elşən Süleymanov küçəsində təmir işləri yekunlaşmaq üzrədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərini yekunlaşdırmaq üzrədir. SİA agentliyə istinadən xəbər verir ki, sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir. Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra…
Daha çox