Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Dövlət Bayrağı Muzeyində “Zəfər Qalereyası”nı ziyarət edib. SİA xəbər verir ki, 25 iyun 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri – t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət edərək bayrağımız və hərbi tariximizə dair eksponatlarla yaxından tanış olublar. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti muzeyin “Zəfər Qalereyası” adlı xüsusi zalını diqqətlə izləyərək, 2020-ci il…
Daha çoxCategory: İqtisadiyyat
Azərbaycanda mədəniyyət xidmətinə görə ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq
Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyət sektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiq olunacaq. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, iyulun 1-dən iziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər. Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyata…
Daha çoxProaktiv qaydada aparılan pensiya, müavinət və təqaüd təyinatının sayı açıqlanıb
Bu ilin yanvar-may ayları ərzində 111 min 400 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, onlardan 21 min 170-i pensiya, 90 min 230-u müavinət (o cümlədən məcburi dövlət sosial sığortası hesabına ödənilən) və təqaüd təyinatıdır.
Daha çox“Azərbaycan Nəşriyyatı”nın zərəri 14 %-dən çox artıb
Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ili 1,842 milyon manat zərərlə başa vurub. SİA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,4 % çoxdur. Ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5,663 milyon manat (əvvəlki ilə nisbətən 0,6 % az), xərcləri isə 7,506 milyon manat (2,7 % çox) təşkil edib. Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 31,112 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 18,7 % azalaraq 762 min manata, balans kapitalı isə 5,7 % azalaraq…
Daha çoxMingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfəsi vurğulanıb. Kapital Bank bu əhəmiyyətli modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında Kapital Bank və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində Mingəçevir şəhərində…
Daha çoxAqrar Kredit və İnkişaf Agentliyi 5 ayda 43 milyon manata yaxın güzəştli kredit verib
Bu ilin yanvar-may aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2 322 müraciət üzrə 42,8 milyon manat güzəştli kredit verib. SİA nazirliyə istinadən xəbər verir ki, bunun 35 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 7,8 milyon manatı isə digər təyinatlı kreditlərdir. Bundan başqa, 5 ay ərzində agentlik 1 376 baş damazlıq iribuynuzlu heyvanın alışına 3,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb. Həmçinin hesabat dövründə ölkədə 4 340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Ümumilikdə 2005-ci ilin…
Daha çoxDünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 68,16 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar artaraq 65,4 dollar təşkil edib.
Daha çoxDünya bazarında qızıl və gümüş bahalaşıb
Dünya bazarında qızıl və gümüş bahalaşıb
Daha çoxAzərbaycan nefti 8 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,12 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,92 ABŞ dolları və ya 10,98 % azalaraq 70,8 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…
Daha çoxLaçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti sığortaçı seçir
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 6 nəqliyyat vasutəsinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 94 manatdır. İddiaçılar təkliflərini iyulun 15-nə qədər Xidmətin yerləşdiyi Ağcabədi rayonu, Taxta körpü ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 15-də, saat 17:45-də qeyd olunan ünvanda baxılacaq. Xatırladaq ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 26 may 2023-cü il tarixli fərmanı ilə yaradılıb.
Daha çox