Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə səyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə, qiymət dəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanı təqdim edib. SİA AZAL-a istinadən xəbər verir ki, “Qiymətin sabitlənməsi” adlanan bu xidmət sərnişinlərə bileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətlə saxlamaq imkanı qazandıracaq. Yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxta ehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub. Yeni funksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planları dəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətə kimi təxirə salmağa şərait…
Daha çoxCategory: İqtisadiyyat
“Hadisə Azərbaycanın pozitiv imicinin daha da möhkəmlənməsinə xidmət edir”
“İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi xalqımızın tarixində mühüm əhəmiyyət kəsb edir” . Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. “Azərbaycan artıq üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edir. Ən önəmlisi isə ondan ibarətdir ki, XVII Zirvə Görüşü 2023-cü ildə işğaldan azad olunmuş Xankəndi şəhərində baş tutub. Bu, Azərbaycan üçün mühüm siyasi və tarixi göstəricidir. Ölkəmiz 30 il işğal altında olan torpaqları bu gün beynəlxalq tədbirlərin keçirildiyi arenaya çevirib”, – deyə politoloq vurğulayıb. Elşad Mirbəşiroğlu əlavə edib ki, Zirvə Görüşü çərçivəsində müzakirə ediləcək…
Daha çoxAzərbaycanda manatla verilmiş kreditlər bahalaşıb
2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb. Eyni zamanda, cari ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.84 faiz bəndi çoxdur. Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin…
Daha çoxAzərbaycan və Qazaxıstan islam qiymətli kağızlarının tənzimlənməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi (QMBTİ) islam qiymətli kağızlarının tənzimlənməsini müzakirə edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumda təcrübə mübadiləsi məqsədilə səfərdə olan QMBTİ-nin nümayəndə heyəti ilə görüşlər keçirilib. İşgüzar səfərin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsində maliyyə sahəsində tənzimləyici qurumlar arasında peşəkar dialoqun genişləndirilməsi olub. Görüşlər zamanı AMB nümayəndələri qiymətli kağızların qeydiyyatı, İslam qiymətli kağızlarının tənzimlənməsi, həmçinin sekyuritizasiya prosesi və xüsusi maliyyə şirkətlərinin fəaliyyəti barədə məlumat təqdim edib. QMBTİ nümayəndə heyəti emissiya prospektinin, maliyyə hesabatlarının və digər sənədlərin…
Daha çoxDünya bazarında qızıl 20 dollaradək ucuzlaşıb
Dünya bazarında qızıl 20 dollaradək ucuzlaşıb
Daha çoxNeft ucuzlaşmaqda davam edib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına bərabər olub. Analitiklər qeyd edirlər ki, neft bazarında istehsal artımı və təklifin çoxluğu qiymətlərin enməsi istiqamətində təzyiq göstərir. Bununla yanaşı, bazar iştirakçıları hələ də OPEC+ və İranla əlaqəli geopolitik gərginliklərə…
Daha çoxBakı Limanı 20 min manat nizamnamə kapitalı ilə yenidən qeydiyyatdan keçib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-ni 20 min manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatına alıb. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Bu şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tabeliyinə verilmiş, 15 990 manat nizamnamə kapitalına malik “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin hüquqi varisidir. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 140, qanuni təmsilçisi isə əvvəlcədən deyildiyi kimi Eldar Adil oğlu Salahovdur.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyulun 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,77% artaraq 44,828.53 bəndə, S&P 500 indeksi 0,83% artaraq 6,279.35 bəndə, Nasdaq indeksi isə 1,02% artaraq 20,601.10 bəndədə yüksəlib. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyulun 7-də FTSE 100 indeksi dəyişməyərək 8,822.91 bənddə sabit qalıb. Almaniyanın DAX indeksi 0,61% azalaraq 23,787.45, Fransanın CAC 40 indeksi isə 0,75% geriləyərək 7,596.27 bəndədək enib. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,10% azalaraq 1.1766 dollar təşkil edib.
Daha çoxSabah bu ərazilər işıqsız qalacaq
Sabah bu ərazilər işıqsız qalacaq
Daha çoxXankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq
Media nümayəndələri Prezident İlham Əliyev iyulun 3-də təməlini qoyduğu Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksin inşa ediləcək yerdə olub. SİA xəbər verir ki, təşkil edilən mediaturda “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə məlumat verib. O bildirib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Qeyd edilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb: “Bu dəmir yolu xətti boyunca…
Daha çox