Azərbaycanda iyulun 15-dən avqustun 15-də qədər həyata keçirilməsi nəzərdə tutulan kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Daha çoxCategory: İqtisadiyyat
Azərbaycanda daha 56 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Avqustun 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 89 min 600 manat olan 56 nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi çıxarılacaq. Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Daha çoxAzərbaycanda I yarımildə büdcədən 152 milyon manatdan çox vəsait geri qaytarılıb
Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 152 milyon 395,2 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. O cümlədən, 6 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 36 milyon 250,5 min manat təşkil edib.
Daha çoxHesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi aparılır
Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsini həyata keçirir. SİA Palataya istinadən xəbər verir ki, qiymətləndirmə 1900 nömrəli Həmkar Qiymətləndirməsinə dair INTOSAI Təlimatı əsasında həyata keçirilir. Həmkar qiymətləndirilməsi çərçivəsində nümayəndə heyəti Palatanın aparat rəhbəri və struktur bölmə rəhbərləri ilə görüşlər keçirir, müzakirələr aparır. Qiymətləndirmə prosesi Palatanın müstəqilliyi, fəaliyyətinin hüquqi əsasları, daxili idarəetmə və etika, auditlərin keyfiyyəti, hesabatlılıq, kadr və təlim potensialının inkişafı, maliyyə idarəetməsi və s. sahələri əhatə edir. Qiymətləndirmə 2022-ci ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.
Daha çoxSərhəd sığorta müqavilələrini onlayn bağlamaq üçün yeni platforma işə düşüb
İcbari Sığorta Bürosu xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq üçün yeni www.tpl.az onlayn platformasını istifadəyə verib. SİA bu barədə Büroya istinadən xəbər verir. Məlumata görə, yeni sistemin yaradılmasında məqsəd sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan gecikmələrin və sıxlığın qarşısını almaq, eləcə də xidməti daha əlçatan və operativ şəkildə təqdim etməkdir. Yeni sistem istifadəçilərə sərhəd sığorta müqaviləsini ölkəyə daxil olmazdan əvvəl onlayn şəkildə əldə etməyə imkan yaradır. Bunun üçün istifadəçi platforma üzərindən zəruri məlumatları daxil edir, sığorta şirkətləri arasından seçim edir və elektron qaydada…
Daha çoxAzərbaycan sahibkarları dövlət zəmanəti ilə 588 milyon manat güzəştli kredit alıb
İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 587,9 milyon manata yaxın kredit verilib, bunun 38,2 milyon manatı bu ilin I yarısının payına düşüb. SİA bu barədə Fonda istinadən xəbər verir. Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib. Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 28…
Daha çox74 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
İyulun 22-si və 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək. SİA xəbər verir ki, bu barədə ƏMDX məlumat yayıb. Hərraclara 74 nəqliyyat vasitəsi çıxarılacaq. O cümlədən, iyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir. İyulun 29-da keçiriləcək hərraca isə 12 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet…
Daha çoxÖtürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib
Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz) qüvvəyə minmə müddəti dəyişdirilib. Həmin maddə bu il iyulun 1-dən qüvvəyə minməli idi. İndi isə onun qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin…
Daha çoxAzərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Azərbaycan Çinlə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım icra edəcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”ni təsdiqləyib. Qeyd edək ki, müqavilə bu il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Daha çoxAZAL yeni onlayn xidmətini istifadəyə verib
Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə səyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə, qiymət dəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanı təqdim edib. SİA AZAL-a istinadən xəbər verir ki, “Qiymətin sabitlənməsi” adlanan bu xidmət sərnişinlərə bileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətlə saxlamaq imkanı qazandıracaq. Yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxta ehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub. Yeni funksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planları dəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətə kimi təxirə salmağa şərait…
Daha çox