İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə

Nizami rayon sosial-ictimai maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” adlı layihənin icrasına start verib. SİA xəbər verir ki, İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədini gənc nəsli yad ideoloji təsirlərdən qorumaq, onların hibrid müharibələrin qurbanı olması tendensiyasından uzaqlaşdırmaq, qlobal transformasiyanın mahiyyətini anlamaq, eyni zamanda sürətlə inkişaf edən texnoloji biliklərə yiyələnmək, idarəolunan obyekt qismindən idarəedən subyektə çevrilmə imkanlarını üzə çıxarmaq təşkil edir. Layihənin reallaşdırılması ilə gənclərin həm qorunması, həm maarifləndirilməsi, həm də savadlılıqlarının artırılması və texnoloji bacarıqlarının…

Daha çox

Azərbaycan fintexlərinin I rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüşüb. SİA AMB-yə istinadən xəbər verir ki, görüşdə bu ilin I rübü üzrə fintex ekosistemini təmsil edən təşkilatların fəaliyyətinin nəticələri və inkişaf prioritetləri geniş müzakirə olunub, ödəniş xidməti təchizatçıları üzrə risk əsaslı nəzarət çərçivəsinin yaradılması və ödənişlərin təhlükəsizliyinin təmin edilməsi kimi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş sektorun inkişafı üçün önəmli olan məsələlərin müzakirəsi ilə davam edib.

Daha çox

Azərbaycanda quşçuluq üzrə sığorta mexanizmi bu ilin sonuna qədər hazır olacaq

Azərbaycanda quşçuluq sahəsində sığorta mexanizminin yaradılması istiqamətində işlər aparılır və bu məhsulun bu ilin sonuna qədər fermerlərə təqdim olunması nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, bu məsələni “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənov qaldırıb: “Bu gün Mürvət müəllim təklif etdi ki, niyə quşçuluq təsərrüfatlarının sığortalanmasına hələ başlanılmayıb. Biz də söz verdik ki, ilin sonuna qədər bu məhsulu tətbiq edib fermerlərə təqdim edək”. Fond sədri…

Daha çox

Azərbaycan bitkiçilik məhsullarının Rusiyaya ixracına dair elektron sertifikatlaşmanı başa çatdırıb

Azərbaycanın bitkiçilik məhsullarının Rusiyaya ixracı ilə bağlı elektron sertifikatlaşma işləri başa çatıb. SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Fitosanitariya sahəsində iki ölkənin sistemləri inteqrasiya edilib. Hazırda biz heyvandarlıq məhsullarının ixracı ilə bağlı işləri inkişaf etdirməyə çalışırıq”, – deyə o qeyd edib. AQTA rəsmisi əlavə edib ki, Azərbaycanın quşçuluq məhsullarının ərəb ölkələrinə, eyni zamanda ABŞ-yə ixracı ilə bağlı da işlər görülməkdədir: “Heyvan mənşəli məhsulların ixracı ilə bağlı çox vacib şərtlərdən biri də ölkədə xəstəliklərdən azad zonaların…

Daha çox

Birbank Private beynəlxalq “International Investor” nəşri tərəfindən “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən Birbank Private beynəlxalq maliyyə nəşri olan “International Investor” tərəfindən 2025-ci il üzrə “Best Private Banking Azerbaijan” mükafatına layiq görülüb. Bu mükafat, həm də Birbank Private-in müştərilərinə göstərdiyi üstün və unikal xidmət təcrübəsinin beynəlxalq miqyasda təsdiqidir. Böyük Britaniyada nəşr olunan “International Investor” beynəlxalq investisiya və maliyyə sahəsində innovasiya, liderlik və performans üzrə dünyanın aparıcı şirkətlərinin yer aldığı jurnallardan biridir. Fərdi yanaşma prinsipini əsas götürən Birbank Private müştərilərinə bank hesablarının idarə edilməsi, hər növ maliyyə məsələləri üzrə peşəkar məsləhət, individual bank…

Daha çox

AYNA obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib. SİA xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib. O bildirib ki, bu gün avtobus zolağı daha prioritetdir: “Bir çox yerlərdə parklanma yerləri yaradılıb. Xaqani bağının ətrafında, yollarda biz avtomobillərin girişini bağlayanda düşünürdülər ki, obyektlər ziyan edəcək.…

Daha çox

Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib

Azərbaycan və Rumıniya arasında qaz tədarükü məsələsi müzakirə edilib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə görüşüb. Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, qaz tədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Daha çox

Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib

Azərbaycan Bolqarıstanın qazlaşdırılması məsələsini müzakirə edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, bu müzakirələr Türkiyədə P. Şahbazov və Bolqarıstanın energetika naziri Jeço Stankov ilə keçirilən səmərəli görüşdə aparılıb. Bildirilib ki, iki ölkə arasında qaz tədarükü və tranziti üzrə əməkdaşlığın inkişafı perspektivləri, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişlər nəzərdən keçirilib.

Daha çox

AKİA taxıl əkini sahələrinə görə builki subsidiya ödənişini açıqlayıb

Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir suvarma sistemləri ilə təmin edilmiş və edilməmiş taxıl əkini sahələrinə görə müvafiq olaraq 400 manat və 140 manat subsidiya ödənilib. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Rəşad Fəttahov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Digər ərazilər üzrə müasir suvarma sistemi ilə təmin edilmiş və edilməmiş taxıl əkini sahələrinə görə müvafiq olaraq 290 manat və 230 manat subsidiya ödənilib. Bu ödənişlər hələ də davam edir”,- deyə o qeyd edib.

Daha çox

Naxçıvanda yeni meyvə bağları salanlar bu ildən birdəfəlik ödəniş alacaq

Bu ildən Naxçıvan Muxtar Respublikasında yeni salınan meyvə bağlarına görə birdəfəlik ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Rəşad Fəttahov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Fermerlər bu ödənişi almaq üçün sahədəki ting sayı və tinglərin sertifikatlaşdırılmış olması ilə bağlı tələblərə əməl etməlidirlər. Bundan başqa, bağlar müəyyən hündürlükdən yuxarı və aşağı olmamalıdır. Minimal hektar tələbi var. Məsələn, alma bağı azı 2 hektarda salınmalıdır. Bu tələbləri ödəyən femerlər alma bağının hər hektarını görə 11 min manat…

Daha çox