“Ulu Öndər Heydər Əliyevin siyasəti bu gün onun layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş və 2023-cü ildə 23 saat davam edən anti-terror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz bərpa olunmuşdur. Nəhayət oktyabrın 15-də Xankəndi və digər şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması Azərbaycan zəfərinin növbəti təntənəsi oldu. Bu gün həmin ərazilərdə yenidənqurma və bəpra işləri aparılır”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib. O bildirib ki, quruculuq…
Daha çoxCategory: Qarabağ
“Bir sıra layihələrin icrasına start verildi”
“Məlumdur ki, torpaqlarımız işğaldan azad edildikdən sonra mina təmizləmə əməliyyatları ilə paralel şəkildə istər Qarabağ, istərsə də Şərqi Zəngəzur bölgəsində bir sıra layihələrin icrasına start verildi. Ərazilərimizin yenidən qurulması, bərpası, təmiri istiqamətində konkret proqramlar qəbul olundu və bu istiqamətdə bu günə qədər böyük işlər görülüb. Bu gün Qarabağ və Şərqi Zəngəzur bütövlükdə tikinti meydançasını xatırladır. Yəni, mövcud olan abidələrin, əhəmiyyətli binların bərpası və yenidənqurması prosesi, infrastruktur layihələrinin icrası, sosial sahələrin formalaşdırılması istiqamətində sosial-iqtisadi inkişaf impulslarının təmin edilməsi üçün müvafiq şəraitin yaradılması, kommunal xidmətli sahələrin inkişaf etdirilməsi, xidmət sektorunun genişləndirilməsi istiqamətində…
Daha çox“Köç prosesində ictimai rəy dominant olmalıdır”
“Köç prosesində ictimai rəy dominant olmalıdır. Köç prosesində məcburi köçkünlərin istəklərinin nəzərə alınması zəruridir. Onlar öz evlərinə, əvvəlki həyət-bacalarına, bağça-bağlarına qayıtmaq istəyir. Bu da təsadüfi deyildir. Çünki onların o ev-eşik, həyət-bacaları ilə bağlı nostalji, pozitiv narrativləri vardır. Onlar köhnə xatirələrə yeni həyat vermək istəyirlər. Düşünürəm ki, bu çox maraqlı məqamdır və köçürmə prosesinə məsul qurumlar bu məqamı nəzərə alsalar, məcburi köçkünlərin daha kütləvi geridönüşünə nail olmaq mümkündür. Təsadüfi deyil ki, ölkə başçısı müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq, quruculuq işləri aparılması, məcburi köçkünlərin öz tarixi dədə-baba yurdlarına qayıtması…
Daha çoxMüasir mətbuatımız Zərdabi ənənələrinə sadiqdir
“Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bu gün özünün 149-cu ildönümünü qeyd edir. Ötən illər ərzində mətbuatımız öz ənənəsinə sadiq qalaraq daim həqiqət axtarışında olub, cəmiyyəti düşündürən problemləri işıqlandırıb, milli dəyərlərin təbliğində, xalqımızın maariflənməsində mühüm rol oynayıb. “Əkinçi” Azərbaycan dilində dərc olunmaqla mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxsa da millətin gələcəyinə işıq saçmağı bacarıb, jurnalistikamızın bayraqdarına çevrilə bilib. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə məşhurlaşıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi…
Daha çoxVətənlə qoşa çəkilir adın
Qarabağ müharibəsinə ölkəmizin hər yerindən oğullar yollandı. Onlarla naxçıvanlı vətənpərvər hərbçi gənc də Vətən torpaqlarını işğaldan azad edənlərdəndir. Naxçıvan da Qarabağ uğrunda onlarla övladını şəhid verdi. 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı iki ay Naxçıvan tamamilə blokada şəraitində yaşamaq məcburiyyətində qaldı. İki ay bu torpağın Azərbaycanla, paytaxt Bakı ilə heç bir əlaqəsi olmadı. 44 gündə isə naxçıvanlıların tək ümidi olan təyyarələr yalnız Naxçıvana şəhid gətirəndə göründü göy üzündə. Naxçıvan şəhid övladlarına qollarını açanda, onları bağrına basanda göründü təyyarələr. Bu təyyarələr əsrlərə qəhrəmanlıq tarixini yazan Naxçıvan şəhərinə, igidlər oylağı…
Daha çoxŞəhidləri necə yaşadırıq?..
Kimdir şəhid? Həyatını Vətən, torpaq uğrunda qurban verən vətəndaş. Gəncliyindən, ömründən, arzularından keçən Vətən övladı. Qorxmaz, sinəsini irəliyə verməyə cəsarəti olan, ölümün gözünün içinə dik baxa bilən cəsur igid, ərdir, şəhid. Şəhidliyi ilə ölməyən, daim məxsus olduğu ölkənin səmalarında dolaşan, hər kəsdən ucada dayanan ucalıqdər şəhid. Bir an belə unudulmayan, yaddan çıxmayan, hər zaman böyük qürurla anılan, haqqında dastanlar yaradılmalı, kitablar yazılmalı, filmlər, tamaşalar çəkilməli olan Vətən oğlu, qızıdır, şəhid. Biz Azərbaycan xalqı olaraq az şəhid görməmişik. Elə ötən bir qərinəlik dövrə nəzər salsaq, görərik ki, çoxsaylı şəhidimiz olub. Qarabağın…
Daha çoxİlahi, insan da özünü bu hala salar?
Molla Nəsrəddin: -Ay bala, bu nədir, bu qadınların hamısı niyə bir-birinə oxşayır? Bunların dodağı-başı niyə bu gündədir? Adam qorxur… -Ay Molla əmi, dəbdir də. Elə ki, burunların kiçildilməsi, dodaqların şişirdilməsi dəb halını aldı, eyni həkimə və kosmetoloqa müraciət edən qadınlar da bir-birinə bənzəməyə başladılar. Çünki bir həkimin, bir kosmetoloqun bacardığı iş onlarla qadının üzündə təzahür edir. – Bismillahir-rəhmanir-rəhim. Nə danışırsan, burunların kiçildilməsi, dodaqların şişirdilməsi nə deməkdir, bu nəyə lazımdır? – Belədir də, ay Molla əmi, biri görür burnu böyükdür, çirkin görünür, gedir həkimə, kiçiltmək istəyir. Həkim də pulunu alır, burnunu…
Daha çox71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib
Oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibrit formada növbəti “zoom” görüşü keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə koalisiyanın sıralarının hər gün genişləndiyi, artıq dünyanın 71 ölkəsindən 335 QHT-nin bu tərkibdə yer aldığı bildirilib. Koalisiyadakı 108 QHT, eyni zamanda, UNFCCC tərəfindən Müşahidəçi statusla Həmfikir Qrupların (Constituency) üzvləridirlər. Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə Birgə Atəşkəs Çağırışına qoşulmağa çağırıb. Görüşdə COP29 zamanı birgə əməkdaşlıq imkanları müzakirə olunub, ətraf mühit, gender məsələləri…
Daha çoxFüzuli daha müasir formada inşa edilir
“2020-ci ildə 44 günlük Vətən müharibəsində şərəfli günlərdən birinin də şahidinə çevrildik. Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz sahiblərinə qayitdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65…
Daha çoxGürcüstanlı səyyahlar Ağdama səfər ediblər
Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər. SİA xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan yenidənqurma və tikinti işləri ilə tanış olublar. Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər. Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib. Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Daha çox