“Münasibətlər sadəcə siyasət deyil, qardaşlıq nümunəsidir”

“Azərbaycan–Türkiyə münasibətləri müstəqilliyin bərpasından bu günə qədər daim inkişaf edən və bütün dünyaya örnək ola biləcək münasibətlər sisteminə çevrilmişdir. Hər dəfə düşünürsən ki, artıq münasibətlər daha da inkişaf edə bilməz, lakin zaman keçir və görürsən ki, əlaqələr daha da dərinləşir, yeni sahələr üzrə əməkdaşlıqlar yaranır”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib. Onun sözlərinə görə, hazırda bu münasibətlər ənənəvi istiqamətlərlə yanaşı, yeni sahələrdə də inkişaf edir: “Diqqətçəkən məqam odur ki, Azərbaycan və Türkiyənin xarici siyasətləri bir-birindən ayrılmaz şəkildə formalaşır. Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya…

Daha çox

Allahşükür Paşazadənin ABŞ səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir. QMİ-nin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 3-də Solt-Leyk-Siti şəhərində G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti cənab Kol Durham ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Şeyxülİslam A. Paşazadə Azərbaycan xalqının və onun lideri Prezident İlham Əliyevin salamlarını G20 Dinlərarası Forumu Assosiasiyasının rəhbərliyinə çatdırıb. Assosiasiyanın və onun…

Daha çox

AIIF 2025 Azərbaycanın iqtisadiyyatın diversifikasiyasına sadiqliyini nümayiş etdirib

Bakıda “Seabreeze Resort”da keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) ölkənin iqtisadiyyatını şaxələndirməyə, həm Şərqdən, həm də Qərbdən investorları cəlb etməyə sadiqliyini nümayiş etdirib. SİA xəbər verir ki, bu barədə “Euronews” telekanalının “Azərbaycan İnvestisiya Forumu yeni biznes imkanlarını nümayiş etdirir” adlı videoreportajında ​​qeyd olunub. Kanal qeyd edib ki, AIIF 2025 ölkənin inkişaf edən iqtisadi strategiyasını araşdırmaq üçün qlobal investorları bir araya toplayıb: “Forum çərçivəsində imzalanmış iki böyük saziş Azərbaycana ən böyük investisiyaların qoyulması ilə yadda qalıb. Birincisi, Azərbaycana Şərqdən, dost Birləşmiş Ərəb Əmirliklərindən gələn 5 milyard dollardan çox sərmayədir.…

Daha çox

Kopenhagen görüşləri – ölkə Prezidentinin böyük nüfuzunun göstəricisi

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Təkcə son aylarda qarşılıqlı səfərlərin dinamikliyinə, dövlət başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibinə diqqət yetirsək, ölkəmizin dünyada nüfuzunun daha da artdığını aydın şəkildə görərik. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirməklə yanaşı, yeni dostlar qazanır, əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Bütün bunlar düşünülmüş və gələcəyə hesablanmış siyasətimizin uğurlarıdır. Azərbaycan hər zaman sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışları ilə diqqətdədir. Prezident İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı…

Daha çox

İsrailin saxladığı 36 türk aktivisi bu gün vətənə qaytarılacaq

İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən “Qlobal Sumud Donanması” gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndəriləcək. SİA zəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib. Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir. “Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə…

Daha çox

Bu il universitetə qəbul olan 102 tələbə Prezident təqaüdü alacaq

Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Sərəncam ümumilikdə 102 tələbəni əhatə edir. Belə ki, 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələr Prezident təqaüdü alacaqlar: Abdıyeva Ayla Rəşad qızı Abdullayeva Ayan Seymur qızı Abdullayeva Məryəm İlqar qızı Abdulsəmədli Orxan Fəxri oğlu Abdurahmanova Guhat Məzahir qızı Ağaməmmədova Zeynəb Zaur qızı Ağayev Əliəkbər Xanağa oğlu…

Daha çox

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Azərbaycan xalqı 2020-ci ilin payızını sevinclə kədərin, qürurla iftixarın, qələbə ilə ümidin bir arada yaşandığı mövsüm kimi xatırlayır. SİA xəbər verir ki, Erməni qəsbkarlarının işğalı altında olan əzəli torpaqlarımız uğrunda haqq savaşı məhz həmin günlərdə başlandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən hücumuna cavab olaraq əks-hücum əməliyyatına başladı. Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində ilk gündən başlayaraq Zəfərin qoxusu duyulmağa başladı. Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə…

Daha çox

Prezident İlham Əliyev: Türk dünyası bizim ailəmizdir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə səhifələrində 3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, paylaşımda deyilir: “3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha…

Daha çox

Avropa Siyasi Birliyi və Azərbaycan

Avropa Siyasi Birliyinin yeddinci iclası Danimarkanın paytaxtı Kopenhagendə bütün qitənin liderlərini bir araya toplayıb. Ortaq siyasi iradənin nümayişi kimi özünü təqdim edən Avropa Siyasi Birliyi həm də cəmiyyətlərin və vətəndaşların sülhü, inkişafı və firavanlığı üçün çalışmaq istəyir. Liderlər ümumi təhlükəsizlik vəziyyəti ilə üzləşdiyi geosiyasi vəziyyətdə Avropanı daha güclü və təhlükəsiz etmək yollarını müzakirə ediblər. Açılış plenar iclasından sonra Avropada təhlükəsizlik vəziyyətinin müxtəlif aspektləri, o cümlədən, ənənəvi və hibrid təhlükəsizlik təhdidləri, iqtisadi təhlükəsizlik və miqrasiya məsələləri geniş şəkildə müzakirə olunub. Aİ-ni iclasda Danimarkanın Baş naziri Mette Frederiksen ilə həmsədrlik edən Avropa…

Daha çox