Sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini üçün əhəmiyyət kəsb edir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd edib və Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.
Daha çoxCategory: Siyasət
“Tərəfdaşlıq ümumavropa kontekstində strateji xarakter daşıyır”
“Azərbaycan–İtaliya münasibətləri son illərin yaranmış tərəfdaşlıqlarından deyil, əksinə, hələ müstəqilliyin ilk illərindən formalaşmağa başlamış və zamanla daha da dərinləşmişdir. Bugünkü reallıqda İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində ən mühüm tərəfdaşlardan biri kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib. Onun sözlərinə görə, Azərbaycan neft və qazının əsas istehlakçılarından biri məhz İtaliyadır: ” Bu fakt Avropa ölkələrinin uzun müddət Rusiya enerji resurslarından asılı vəziyyətdə qalmasının yaratdığı risklər fonunda xüsusi əhəmiyyət kəsb edir. İtaliya isə vaxtında düzgün seçim edərək alternativ enerji mənbələrinə çıxış əldə etmiş və bu…
Daha çox“Bu sahədə əməkdaşlıq getdikcə dərinləşir”
“İtaliya-Azərbaycan münasibətləri Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan yəni 1990-cı illərin əvvəllərindən etibarən formalaşmağa başlayıb və bu günə qədər inkişaf edərək davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, bu münasibətlər dörd əsas strateji istiqamətdə qurulub: “Birinci istiqamət siyasi əlaqələrin formalaşdırılmasıdır. Bu sahədə müstəqillikdən sonra başlanmış əməkdaşlıq bugün də yüksək səviyyədə davam edir. İkinci istiqamət iqtisadi əlaqələrin inkişafıdır. Xüsusilə Azərbaycan neft və qazının dünya bazarlarına çıxarılmasında İtaliya enerji bazarları bizim üçün önəmli tərəfdaşdır. Bununla yanaşı, digər iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsi məqsəd kimi dayanır. Üçüncü istiqamət…
Daha çoxİlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
Oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra tədbirin iştirakçıları birgə foto çəkdiriblər.
Daha çox“Qarabağa dönüş beynəlxalq səviyyədə uğurdur”
“Böyük Qayıdış proqramının reallaşdırılması Azərbaycanın 44 günlük Qarabağ müharibəsindən sonra başladığı strateji bir yoldur və bu yolu ölkəmiz özü müəyyənləşdirib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. Politoloqun sözlərinə görə, məqsəd insanların doğma yurdlarına qayıdışı və Qarabağ torpaqlarının yenidən Azərbaycanın tam nəzarətinə keçməsidir: “30 il ərzində beynəlxalq səviyyədə belə Qarabağ daha çox Ermənistan torpağı kimi təqdim olunurdu. Bu yanaşma təkcə regionun siyasi reallıqlarını deyil, həm də Azərbaycanın haqq səsini kölgədə qoymağa xidmət edirdi. İndi isə Dağlıq Qarabağ əhalisinin geri qayıdışı bu yanlış təsəvvürləri aradan qaldırmaq baxımından böyük əhəmiyyət daşıyır.…
Daha çox“Möhkəm əməkdaşlığın yeni nümunəsi göz önündədir”
“Azərbaycan–İtaliya əməkdaşlığı saf münasibətlərə, qarşılıqlı hörmətə və etimada əsaslanır və uzunömürlüdür. Çünki bu münasibətlərin əsasında iki dost dövlətin sülhə, əminamanlığa, inkişafa yönəldilən səyləri durur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana bu dəfəki səfəri də bunu aydın göstərdi, Azərbaycan Prezidenti ilə görüşlər səmərəli keçdi və bu təbii idi. “İtaliya ilə neft, qaz, turizm, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi iki dövlətin milli maraqlarına xidmət etməklə gələcək inkişafa yeni…
Daha çoxPrezident İlham Əliyevin Kopenhagendə Nikol Paşinyan ilə görüşü olub
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub. SİA xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi…
Daha çox“Bakı və Roma münasibətlərin strateji önəmini artıran addımlar atır”
Azərbaycan-İtaliya münasibətləri hər zaman inkişaf dinamikası ilə fərqlənib. Dövlət başçılarının qarşılıqlı səfəri bu əməkdaşlığı daha da dərinləşdirir. Bu ölkənin Prezidenti Sercio Matarellanın səfəri zamanı aparılan müzakirələr də qarşıdakı dövr üçün yeni perspektivlər açır”.Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, Bakı və Roma münasibətlərin strateji önəmini artıran addımlar atır: “Bu vaxta qədər ölkələrimiz arasında mövcud olan 2 strateji tərəfdaşlıq sənədi çoxvektorlu əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradıb. Cənab Prezidentin də söylədiyi kimi, “bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir”.…
Daha çoxKopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib
Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı. Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi mövzular müzakirə olunur.…
Daha çoxPrezident “Avropa Siyasi Birliyi”nin 7-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir – YENİLƏNİR
Prezident “Avropa Siyasi Birliyi”nin 7-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir – YENİLƏNİR
Daha çox