Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssüm etdirir

“Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.” Prezident İlham Əliyev sentyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatlarında səsləndirdiyi bu fikirlər iki ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır. Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan beynəlxalq münasibətlər sisteminin aktorları Azərbaycanın beynəlxalq…

Daha çox

“Ulu Öndər Azərbaycanın siyasi həyatına peşəkar idarəetmə nümunəsi gətirdi“

“1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, amma müstəqilliyin şirinliyini dada bilmədi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalları, Qərbi Azərbaycandan minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması, Bakıda hakimiyyət uğrunda çarpışmalar ölkəni faciəli bir duruma gətirdi. Qısa zaman kəsiyində hakimiyyət eşalonunda zəif iradə sahibi K. Bağırovu, milli hisslərdən uzaq Ə. Vəzirov, onu da xalqın gücünə etibar etməyən və ümidini Moskvaya bağlayan A. Mütəllibov, onu da idarəçilikdə təcrübəsi olmayan Ə. Elçibəy əvəz etdi. Sürət Hüseynovun qiyamı sonuncuları hakimiyyətdən saldı, Prezident Bakını gizlicə tərk edib Naxçıvanda məskunlaşdı”. Bu sözləri SİA-ya…

Daha çox

Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir

Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.

Daha çox

BMT Baş Katibinin 2025-ci il hesabatında BTQ-nin fəaliyyəti qeyd olunub

Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair məruzədə qeyd olunub. xəbər verir ki, bu barədə BTQ məlumat yayıb. Bildirilib ki, Baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub. Xatırladaq ki, 2025-ci ilin mayında BMT Baş katibinin hesabatında təşkilatın fəaliyyətinə istinad olunması bir daha təsdiqləyir ki, BTQ beynəlxalq miqyasda etimad olunan tərəfdaşdır və kolonializmə məruz qalan…

Daha çox

Sosial şəbəkə kabusu –

Bəzi siyasi həqiqətləri görmək üçün artıq “binokla” heç bir ehtiyac yoxdur. Sadəcə emosiyalarımızı cilovlaya bildiyimiz təqdirdə sosial şəbəkələr sayəsində siyasi həqiqətləri “çılpaq” şəkildə görə bilirik. Burada prinsipial məsələ emosiyaların cilovlanmasıdır. Məhz sözügedən kontekstdə, yəni informasiya manipulyasiyaları vasitəsilə ictimai şüura zorla yeridilən təzadlı emosiyalara uymamaq məsələsində yenə də siyasi maarifçilik fəaliyyətinin müstəsna əhəmiyyətindən danışmalıyıq. Rəsmi statistikaya əsasən ölkə əhalisinin 90%-dan arıq olan hissəsi internet istifadəçisidir. Böyük ehtimal ilə sosial şəbəkə istifadəçilərinin sayı da ən azıdan elə o qədərdir. Yeri gəlmişkən, qeyd edək ki, ciddi sosial bazaya malik olmayan radikal təfəkkürlü demaqoqların…

Daha çox

Ulu Öndərin quruculuq siyasəti və müasir Azərbaycanın möhkəm dayaqları

Hər bir xalqın tarixində elə şəxsiyyətlər vardır ki, onlar Vətən naminə gördükləri işlərlə və atdıqları addımlarla xalqın qəhrəmanlıq rəmzinə, xilaskarına çevrilmiş, illər ötsə də yaddaşlarda və qəlblərdə daim yaşamışlar. Belə şəxsiyyətlər dövlətin ən ağır və qaranlıq dönəmlərinə nur saçaraq xalqını xilas etmiş, adlarını dövlətçilik salnaməsinə əbədi həkk etdirmişlər. Şübhəsiz ki, Ulu Öndərimiz, ÜmumilliLider Heydər Əliyev də Azərbaycan xalqının əvəzsiz şəxsiyyəti, əbədi qəhrəmanıdır.Xalqımız Ümumilli Liderinin əziz xatirəsini daima yad edir, onun vətəni üçün etdiyi əvəzsiz xidmətləri heç vaxt unutmur. 1991–1993-cü illərdə Azərbaycan dərin siyasi və iqtisadi böhranla üz-üzəqaldı.Hökumətdə yaranan hərc-mərclik dövlət…

Daha çox

Ötən həftə yenə də tarix yazdıq

Ötən həftə Okeanın o tayında Amerika Birləşmiş Ştatlarında yenə də tarix yazdıq. Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev bizə tariximizin növbəti qürurunu yaşatdı. Cənab Prezidentin BMT sessiyasındakı möhtəşəm çıxışı, bu çıxışın hər bir detalı birmənalı olaraq Azərbaycanın dünyaya növbəti mesajı idi. Bu çıxış müstəqil, suveren, güclü, azad Azərbaycanın haqlı mövqeyinin, dönməz iradəsinin növbəti təntənəsi idi. Həm də bu sessiya Azərbaycan tarixinin şanlı təqvim gününə – 27 sentyabr ərəfəsinə rast gəlmişdi. Mövqeyimiz və hədəflərimiz haqqında məhz bu tarix – 27 sentyabr Vətən müharibəsinin başlandığı tarix ərəfəsində BMT Ali…

Daha çox

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. SİA xəbər verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini dedi. Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı…

Daha çox