2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxCategory: Siyasət
“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzuları Azərbaycanın da bölüşdüyü prinsiplərdir
“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzuları Azərbaycanın da bölüşdüyü prinsiplərdir. SİA xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitinin açılış mərasimində çıxışı zamanı səsləndirib. Parlamentin spikeri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqində ölkəmizin baxışını – beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib. Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata…
Daha çoxBakı Təhlükəsizlik Forumu konstruktiv dialoq üçün platforma olub
Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir. SİA xəbər verir ki, bu barədə “Euronews” telekanalının “Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar” adlı videosüjetində qeyd edilib. “Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid, eləcə də risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun…
Daha çox“Türkiyə-Azərbaycan qardaşlığını heç kim poza bilməz”
“Kirli əllərinizi Can Azərbaycanın üzərindən çəkin. İftira, yalan və pis niyyətlə, düşmən hisslərlə yayılan xəbərlər Türkiyə-Azərbaycan qardaşlığını əsla poza bilməz. Türkiyə ilə Azərbaycanın qardaşlığı dağ kimidir, onu heç kim sarsıda bilməz. Bizim qardaşlığımız tarixin dərin qatlarından gələn möhkəm bağlarla, poladdan hörülmüş bir iradə ilə formalaşıb. Azərbaycanın isə Fələstin və Qəzza məsələsində göstərdiyi mövqe və fəaliyyəti ortadadır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. O, Azərbaycanla Fələstin arasındakı münasibətlərə toxunaraq qeyd edib ki, Azərbaycan hələ 1992-ci ildə Fələstini dövlət kimi tanıyıb: “Fələstin…
Daha çoxAzərbaycan Prezidenti İlham Əliyev Danimarkaya işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
Daha çoxZakir Həsənov italiyalı həmkarına başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Quido Krosettoya başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci Aviasiya alayına məxsus “T-260B” tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.
Daha çoxBakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. SİA xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və İtaliya Prezidenti Sercio Mattarellaya yeni tikilmiş tədris korpusları və onların ətrafında yaradılmış park barədə məlumat verdi. Sonra tədris korpusunda təşkil edilən Azərbaycan və İtaliya kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq oldu. Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident…
Daha çoxStrateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana səfərə gəlib. Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra nümayəndə heyətləri geniş tərkibdə görüş keçiriblər. İlham Əliyev çıxışı zamanı İtaliya-Azərbaycan əlaqələrinin inkişafından, əməkdaşlığımızın çoxşaxəli, energetikadan başlamış sənaye istehsalına qədər bir çox sahələri əhatə etməsindən danışıb. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin tam icra edildiyini qeyd edib. Energetika sahəsində bir çox əhəmiyyətli nəticələrin əldə edildiyini deyən İlham Əliyev bununla bağlı “bir-birimizi haqlı olaraq təbrik edə bilərik”fikrini səsləndirib. İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək Azərbaycan Prezidentinin Romaya etdiyi çox mühüm səfərləri xatırlayıb. İki ölkə arasında tərəfdaşlığın iqtisadi…
Daha çox“Prezidentin nitqi siyasi bəyanat kimi yadda qaldı”
“Prezident İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxış həm məzmun, həm də mesaj baxımından mühüm əhəmiyyət kəsb etdi. Çıxışda ilk növbədə Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti və bunun nəticəsində yaranan humanitar fəlakətlər xatırladıldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin müharibədən sonra göstərdiyi siyasi iradə və sülh təşəbbüsləri vurğulandı: “Cənab Prezident açıq şəkildə bildirdi ki, Azərbaycanın məqsədi qalibiyyət üzərində yeni münaqişə deyil, dayanıqlı sülh və regional əməkdaşlıqdır. Bu kontekstdə sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar və yeni kommunikasiya layihələri Azərbaycanın regionda stabilizasiyaedici rolunu…
Daha çox“Görülən işlər Azərbaycanın nələrə qadir olduğunu sübut etdi“
“Böyük Qayıdış proqramı Azərbaycanın son illərdə həyata keçirdiyi ən böyük tarixi missiyalardan biridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız dağıdılmış torpaqların bərpası deyil, həm də xalqın 30 illik həsrətinə son qoyan milli iradənin təntənəsidir. Azad edilmiş torpaqlarda beş il ərzində görülən işlər Azərbaycanın gücünü, imkanlarını və gələcəyə hesablanmış strategiyasını bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Deputat bildirib ki, ilk növbədə yollar, dəmir yolları, körpülər, elektrik və rabitə xətləri çəkildi: “Bu torpaqlara həyatın qayıdışı məhz infrastrukturla başladı. Füzuli, Zəngilan və Laçında beynəlxalq…
Daha çox