İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana səfərə gəlib. Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra nümayəndə heyətləri geniş tərkibdə görüş keçiriblər. İlham Əliyev çıxışı zamanı İtaliya-Azərbaycan əlaqələrinin inkişafından, əməkdaşlığımızın çoxşaxəli, energetikadan başlamış sənaye istehsalına qədər bir çox sahələri əhatə etməsindən danışıb. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin tam icra edildiyini qeyd edib. Energetika sahəsində bir çox əhəmiyyətli nəticələrin əldə edildiyini deyən İlham Əliyev bununla bağlı “bir-birimizi haqlı olaraq təbrik edə bilərik”fikrini səsləndirib. İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək Azərbaycan Prezidentinin Romaya etdiyi çox mühüm səfərləri xatırlayıb. İki ölkə arasında tərəfdaşlığın iqtisadi…
Daha çoxCategory: Siyasət
“Prezidentin nitqi siyasi bəyanat kimi yadda qaldı”
“Prezident İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxış həm məzmun, həm də mesaj baxımından mühüm əhəmiyyət kəsb etdi. Çıxışda ilk növbədə Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti və bunun nəticəsində yaranan humanitar fəlakətlər xatırladıldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin müharibədən sonra göstərdiyi siyasi iradə və sülh təşəbbüsləri vurğulandı: “Cənab Prezident açıq şəkildə bildirdi ki, Azərbaycanın məqsədi qalibiyyət üzərində yeni münaqişə deyil, dayanıqlı sülh və regional əməkdaşlıqdır. Bu kontekstdə sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar və yeni kommunikasiya layihələri Azərbaycanın regionda stabilizasiyaedici rolunu…
Daha çox“Görülən işlər Azərbaycanın nələrə qadir olduğunu sübut etdi“
“Böyük Qayıdış proqramı Azərbaycanın son illərdə həyata keçirdiyi ən böyük tarixi missiyalardan biridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız dağıdılmış torpaqların bərpası deyil, həm də xalqın 30 illik həsrətinə son qoyan milli iradənin təntənəsidir. Azad edilmiş torpaqlarda beş il ərzində görülən işlər Azərbaycanın gücünü, imkanlarını və gələcəyə hesablanmış strategiyasını bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Deputat bildirib ki, ilk növbədə yollar, dəmir yolları, körpülər, elektrik və rabitə xətləri çəkildi: “Bu torpaqlara həyatın qayıdışı məhz infrastrukturla başladı. Füzuli, Zəngilan və Laçında beynəlxalq…
Daha çox“Azərbaycanda bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır“
“İnsan hüquqlarının təmin olunması və müdafiəsi müasir dövrdə hər bir dövlətin inkişaf səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdən biridir. Azərbaycanda da bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Müstəqillik dövründə vətəndaşların konstitusion hüquqlarının reallaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, ən fundamental hüquqlardan biri olan doğulduğu yerdə yaşamaq hüququ uzun illər işğal nəticəsində pozulmuşdu: “Lakin torpaqlarımızın azad olunması, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsindən sonra təqribən 1 milyona yaxın insan öz təməl hüququna qovuşmuşdur. Bu fakt Azərbaycanın insan hüquqlarının təminində…
Daha çoxAzərbaycan və Avstraliya arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar
Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində Avstraliya Senatının sədri Sue Lines ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, görüşdə G20 Parlament Sədrlərinin 11-ci Sammiti kimi parlament platformalarının ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, coğrafi uzaqlığa baxmayaraq Azərbaycan və Avstraliya dost ölkələrdir. Ölkələrimizin mövcud siyasi əlaqələri parlamentlərarası təmasların da möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunub ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti…
Daha çox“Prezidentin çıxışı ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı”
“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı qalib ölkə liderinə yaraşan tərzdə oldu və dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi. Bu çıxış həm də Azərbaycanın BMT-dəki siyasi çəkisinin və nüfuzunun artdığını göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, cənab Prezident bir daha qeyd etdi ki, uzun illər ərzində Azərbaycanın əraziləri işğal altında qalmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi beş qətnamə yerinə yetirilməmişdi: “Lakin Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq özü təmin etdi, öz silahlı qüvvələrinin gücü ilə bu qətnamələrin icrasını reallaşdırdı.…
Daha çoxYAP Səbail rayon təşkilatında “5 oktyabr – Müəllimlər Günü” münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə “5 oktyabr – Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev müəllimlərin cəmiyyətdə əvəzsiz rolunu vurğulayıb: “İnsanları müəllimlər tərbiyə edir, onların tövsiyələri insanları formalaşdırır. Müəllimlər bizə bilik, dünyagörüşü və nümunəvi dəyərlər qazandırır. Hər birimizin qəlbində müəllimlərin zəhməti və təsiri əvəzsizdir. Müəllimlər bizə vətəni sevməyi, xalqına sədaqətlə xidmət etməyi…
Daha çoxDövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ədliyyə Nazirliyinin əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarları” mövzusuna həsr edilib. Akademiyadan SİA-ya bildirilib ki, tədbirdə Hüquq kafedrasının müəllimi hüquq elmləri doktoru, professor Asif Qədirovun məruzəsi dinlənilib. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə mövcud qanunvericiliyə edilmiş son dəyişiklikləri, bu dəyişikliklərin tətbiq mexanizmlərini və qiymətləndirmə meyarlarını izah edib. Qeyd olunub ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət idarəçiliyində şəffaflığın artırılması, peşəkar kadrların seçilməsi və onların potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmənin məqsədi dövlət qulluqçularının…
Daha çox“ABŞ sülhün zəmanətçisi rolunda çıxış edə bilər”
“Səkkiz avqust tarixində Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında mühüm sənəd imzalandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirib ki, eyni zamanda strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədilə İşçi Qrupu formalaşdırılıb və onun əsas məqsədi iki dövlət arasında münasibətləri yaxınlaşdırmaq və keyfiyyətcə yeni mərhələyə qaldırmaq üçün səyləri birləşdirməkdir: “Hesab edirəm ki, bu istiqamətdə artıq məsləhətləşmələr, dialoqlar yüksək səviyyədə aparılır. Amerika Birləşmiş Ştatlarından Azərbaycana təşkil olunan səfərlərin həcminin artması da dediklərimizi təsdiqləyir. Digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında da ABŞ çox fəal iş həyata keçirib. ABŞ…
Daha çoxVilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 30-da və oktyabrın 1-də Sumqayıt Şəhər Polis İdarəsində vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, şəhər polis idarəsinin inzibati binasında Sumqayıt şəhəri və digər rayonlardan gələn 367 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən hərbi hissəsinə gedib, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid…
Daha çox