Azərbaycan və Avstraliya arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar

Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində Avstraliya Senatının sədri Sue Lines ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, görüşdə G20 Parlament Sədrlərinin 11-ci Sammiti kimi parlament platformalarının ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, coğrafi uzaqlığa baxmayaraq Azərbaycan və Avstraliya dost ölkələrdir. Ölkələrimizin mövcud siyasi əlaqələri parlamentlərarası təmasların da möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunub ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti…

Daha çox

“Prezidentin çıxışı ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı”

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı qalib ölkə liderinə yaraşan tərzdə oldu və dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi. Bu çıxış həm də Azərbaycanın BMT-dəki siyasi çəkisinin və nüfuzunun artdığını göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, cənab Prezident bir daha qeyd etdi ki, uzun illər ərzində Azərbaycanın əraziləri işğal altında qalmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi beş qətnamə yerinə yetirilməmişdi: “Lakin Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq özü təmin etdi, öz silahlı qüvvələrinin gücü ilə bu qətnamələrin icrasını reallaşdırdı.…

Daha çox

YAP Səbail rayon təşkilatında “5 oktyabr – Müəllimlər Günü” münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə “5 oktyabr – Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev müəllimlərin cəmiyyətdə əvəzsiz rolunu vurğulayıb: “İnsanları müəllimlər tərbiyə edir, onların tövsiyələri insanları formalaşdırır. Müəllimlər bizə bilik, dünyagörüşü və nümunəvi dəyərlər qazandırır. Hər birimizin qəlbində müəllimlərin zəhməti və təsiri əvəzsizdir. Müəllimlər bizə vətəni sevməyi, xalqına sədaqətlə xidmət etməyi…

Daha çox

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ədliyyə Nazirliyinin əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarları” mövzusuna həsr edilib. Akademiyadan SİA-ya bildirilib ki, tədbirdə Hüquq kafedrasının müəllimi hüquq elmləri doktoru, professor Asif Qədirovun məruzəsi dinlənilib. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə mövcud qanunvericiliyə edilmiş son dəyişiklikləri, bu dəyişikliklərin tətbiq mexanizmlərini və qiymətləndirmə meyarlarını izah edib. Qeyd olunub ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət idarəçiliyində şəffaflığın artırılması, peşəkar kadrların seçilməsi və onların potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmənin məqsədi dövlət qulluqçularının…

Daha çox

“ABŞ sülhün zəmanətçisi rolunda çıxış edə bilər”

“Səkkiz avqust tarixində Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında mühüm sənəd imzalandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirib ki, eyni zamanda strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədilə İşçi Qrupu formalaşdırılıb və onun əsas məqsədi iki dövlət arasında münasibətləri yaxınlaşdırmaq və keyfiyyətcə yeni mərhələyə qaldırmaq üçün səyləri birləşdirməkdir: “Hesab edirəm ki, bu istiqamətdə artıq məsləhətləşmələr, dialoqlar yüksək səviyyədə aparılır. Amerika Birləşmiş Ştatlarından Azərbaycana təşkil olunan səfərlərin həcminin artması da dediklərimizi təsdiqləyir. Digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında da ABŞ çox fəal iş həyata keçirib. ABŞ…

Daha çox

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 30-da və oktyabrın 1-də Sumqayıt Şəhər Polis İdarəsində vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, şəhər polis idarəsinin inzibati binasında Sumqayıt şəhəri və digər rayonlardan gələn 367 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən hərbi hissəsinə gedib, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid…

Daha çox

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığından söz açıb. O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib. Görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri – Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, Erkin Qədirli, Kamal Cəfərov çıxış ediblər. Deputatlar məhkəmə hakimiyyətinin və hakimlik fəaliyyətinin xüsusiyyətləri, qanunçuluğun və insan…

Daha çox

Prezident və birinci xanım Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. SİA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi. Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün…

Daha çox

“Müəllimlərin verdiyi təlim və tövsiyələr gənclərin formalaşmasında əsas rol oynayır”

“İnsanları müəllimlər tərbiyə edir, onların tövsiyələri insanları formalaşdırır. Müəllimlər bizə bilik, dünyagörüşü və nümunəvi dəyərlər qazandırır. Hər birimizin qəlbində müəllimlərin zəhməti və təsiri əvəzsizdir. Müəllimlər bizə vətəni sevməyi, xalqına sədaqətlə xidmət etməyi öyrədir və onların verdiyi təlimlər gənclərin həyatında böyük rol oynayır”. SİA xəbər verir ki, bu sözləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “5 oktyabr – Müəllimlər Günü” münasibətilə keçirilən tədbirdə deyib. Muxtar Nağıyev müəllimlərin verdiyi bilik və tövsiyələrin gələcək nəsillərin yetişdirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb və onların əməyinə təşəkkürünü bildirib.

Daha çox

Polşa qorxur, yoxsa hiylə işlədir?

Polşanın Baş naziri Donald Tusk Ukraynanın müharibəsini öz müharibəsi hesab edir Avropa sərhədlərinə doğru yaxınlaşmaqda olan Rusiya-Ukrayna müharibəsi yeni diqqətçəkən məqamları üzə çıxarıb. Məlum olub ki, bəzi ölkələr, xüsusilə də Almaniya və Polşa Ukraynaya əzilən tərəf olduğuna görə yardım etmirlər. Əslində, sözügedən dövlətlər Ukraynaya edilən hərbi təcavüzü özlərinə qarşı olunan işğal siyasəti olaraq qəbul edirlər. Varşavada keçirilən Təhlükəsizlik Forumunda Polşanın Baş naziri Donald Tusk açıq şəkildə bəyan etdi ki, Ukraynadakı müharibə təkcə Kiyevin deyil, həm də Polşanın müharibəsidir. Yəni Polşa Ukraynanın müharibəsini öz müharibəsi hesab edir. Rəsmi Kiyevə hər cür…

Daha çox