Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığından söz açıb. O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib. Görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri – Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, Erkin Qədirli, Kamal Cəfərov çıxış ediblər. Deputatlar məhkəmə hakimiyyətinin və hakimlik fəaliyyətinin xüsusiyyətləri, qanunçuluğun və insan…

Daha çox

Prezident və birinci xanım Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. SİA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi. Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün…

Daha çox

“Müəllimlərin verdiyi təlim və tövsiyələr gənclərin formalaşmasında əsas rol oynayır”

“İnsanları müəllimlər tərbiyə edir, onların tövsiyələri insanları formalaşdırır. Müəllimlər bizə bilik, dünyagörüşü və nümunəvi dəyərlər qazandırır. Hər birimizin qəlbində müəllimlərin zəhməti və təsiri əvəzsizdir. Müəllimlər bizə vətəni sevməyi, xalqına sədaqətlə xidmət etməyi öyrədir və onların verdiyi təlimlər gənclərin həyatında böyük rol oynayır”. SİA xəbər verir ki, bu sözləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “5 oktyabr – Müəllimlər Günü” münasibətilə keçirilən tədbirdə deyib. Muxtar Nağıyev müəllimlərin verdiyi bilik və tövsiyələrin gələcək nəsillərin yetişdirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb və onların əməyinə təşəkkürünü bildirib.

Daha çox

Polşa qorxur, yoxsa hiylə işlədir?

Polşanın Baş naziri Donald Tusk Ukraynanın müharibəsini öz müharibəsi hesab edir Avropa sərhədlərinə doğru yaxınlaşmaqda olan Rusiya-Ukrayna müharibəsi yeni diqqətçəkən məqamları üzə çıxarıb. Məlum olub ki, bəzi ölkələr, xüsusilə də Almaniya və Polşa Ukraynaya əzilən tərəf olduğuna görə yardım etmirlər. Əslində, sözügedən dövlətlər Ukraynaya edilən hərbi təcavüzü özlərinə qarşı olunan işğal siyasəti olaraq qəbul edirlər. Varşavada keçirilən Təhlükəsizlik Forumunda Polşanın Baş naziri Donald Tusk açıq şəkildə bəyan etdi ki, Ukraynadakı müharibə təkcə Kiyevin deyil, həm də Polşanın müharibəsidir. Yəni Polşa Ukraynanın müharibəsini öz müharibəsi hesab edir. Rəsmi Kiyevə hər cür…

Daha çox

“Böyük Qayıdış həm milli birliyi, həm də sabitliyi möhkəmləndirir”

“Böyük Qayıdış bir təbliğatdır və bu təbliğatın uğuru, onun necə aparıldığı, həmçinin Azərbaycana yaxın ölkələrin dəstək verməsi və Azərbaycanın həmin ölkələrdə təbliğatını gücləndirməsi çox şeydən asılıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, bu proqramların önəmi böyükdür, çünki onlar yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də Azərbaycanın mövqelərini möhkəmləndirir: “Ümumiyyətlə, bir müsəlman ölkəsinin son yüz ildə belə uğur qazanması nadir hadisədir. Müsəlman coğrafiyasının və ölkələrinin uzun illər ərzində yaşadığı çətinliklər məlumdur. Amma son yüz ildə ilk dəfə bir müsəlman ölkəsi – Azərbaycan – müharibədə tam şəkildə qalib…

Daha çox

“Nöqsanları aradan qaldırmalıyıq”

Biz prokurorluqdakı nöqsanları görürük. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 oktyabr – Azərbaycan Respublikasının prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. “Bu nöqsanları araşdırmalıyıq və aradan qaldırmalıyıq”, – Baş prokuror qeyd edib.

Daha çox

Sülh müqaviləsinin şərtləri reallıqdan uzaq deyil

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixdə, müasir dünyada görünməyən qələbələrə imza atdı. Azərbaycan BMT-nin 30 ilə yaxın müddətdə icra olunmayan qətnamələrinin icrasını həyata keçirdi və ərazi bütövlüyünü təmin etdi. Ölkəmiz heç zaman müharibə tərəfdarı olmayıb, biz ərazi bütövlüyümüz naminə mübarizə aparmağa məcbur olmuşuq. Son nəticədə məqsəd sülh idi. Sülh müqaviləsi də Azərbaycanın irəli sürdüyü şərtlər əsasındadır. Həmin şərtlər reallıqdan uzaq deyil. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun inzibati binasında keçirilən təntənəli tədbirdə…

Daha çox

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Prezidenti Sercio Mattarellanı Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Daha çox

Baş Prokurorluğun kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Sonra Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla…

Daha çox

“İtaliya Azərbaycanın etibarlı tərəfdaşıdır”

“Xarici siyasət baxımından İtaliya, Avropa Birliyinin üzvü və Avropanın bir parçası kimi Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, bu münasibət ölkəmizin Avropadakı mövqeyini daha da gücləndirir və beynəlxalq arenada etibarını artırır: “İtaliya həm iqtisadi, həm siyasi sahələrdə Azərbaycanın yanında olmuş, müxtəlif mərhələlərdə ona dəstək vermişdir. Əhəmiyyətli məqam odur ki, İtaliya Fransa kimi anti-Azərbaycan kampaniyalarında iştirak etməmişdir. Əksinə, İtaliya daim çalışmışdır ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləsin. Qarabağ məsələsində də İtaliyadan hər hansı mənfi yanaşma müşahidə olunmayıb, əksinə, bu ölkədən Azərbaycanın haqq…

Daha çox