Sülh müqaviləsinin şərtləri reallıqdan uzaq deyil

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixdə, müasir dünyada görünməyən qələbələrə imza atdı. Azərbaycan BMT-nin 30 ilə yaxın müddətdə icra olunmayan qətnamələrinin icrasını həyata keçirdi və ərazi bütövlüyünü təmin etdi. Ölkəmiz heç zaman müharibə tərəfdarı olmayıb, biz ərazi bütövlüyümüz naminə mübarizə aparmağa məcbur olmuşuq. Son nəticədə məqsəd sülh idi. Sülh müqaviləsi də Azərbaycanın irəli sürdüyü şərtlər əsasındadır. Həmin şərtlər reallıqdan uzaq deyil. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun inzibati binasında keçirilən təntənəli tədbirdə…

Daha çox

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Prezidenti Sercio Mattarellanı Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Daha çox

Baş Prokurorluğun kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Sonra Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla…

Daha çox

“İtaliya Azərbaycanın etibarlı tərəfdaşıdır”

“Xarici siyasət baxımından İtaliya, Avropa Birliyinin üzvü və Avropanın bir parçası kimi Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, bu münasibət ölkəmizin Avropadakı mövqeyini daha da gücləndirir və beynəlxalq arenada etibarını artırır: “İtaliya həm iqtisadi, həm siyasi sahələrdə Azərbaycanın yanında olmuş, müxtəlif mərhələlərdə ona dəstək vermişdir. Əhəmiyyətli məqam odur ki, İtaliya Fransa kimi anti-Azərbaycan kampaniyalarında iştirak etməmişdir. Əksinə, İtaliya daim çalışmışdır ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləsin. Qarabağ məsələsində də İtaliyadan hər hansı mənfi yanaşma müşahidə olunmayıb, əksinə, bu ölkədən Azərbaycanın haqq…

Daha çox

İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha çox

Azərbaycanın bütün uğurları, zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir

Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsindəyik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azadddır, dirçəlir, mərhələli şəkildə sakinlərinə qovuşur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda, Şuşada, Xankəndidə üçrəngli Bayrağımızın dalğalanması idi. Təbii ki, bu gün sonsuz qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar çağdaş Azərbaycan tarixinin faciəli səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə Azərbaycan nəinki müstəqilliyini, hətta…

Daha çox

“Azərbaycan etibarlı tərəfdaş mövqeyinə yüksəlir”

“44 günlük müharibə, şübhəsiz ki, son illərdə bütün regionda bir çox prosesləri kökündən dəyişmişdir. Əvvəla, Cənubi Qafqazda uzun illər davam edən işğala son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir”. Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi və iqtisadi gələcəyinə təsir göstərən mühüm hadisədir: “Beləliklə, Azərbaycan həm Şimal–Cənub, həm də Şərq–Qərb dəhlizlərinin ən etibarlı və mühüm tərəfdaşına çevrilmişdir. Digər tərəfdən, Azərbaycan yalnız münaqişəni həll edən dövlət kimi çıxış etmir. Bu gün ölkəmiz beynəlxalq prosesləri yaxından izləyir, bu məsələlərlə bağlı prinsipial mövqeyini…

Daha çox

Milli Məclisin sədri CAR-a işgüzar səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 30-da Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfər edib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar. Səfərdə Milli Məclisin sədri “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək. Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə…

Daha çox

“Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq mövcuddur”

Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələrin möhkəmlənməsində cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü ilə iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib. O xatırladıb ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də ta­nıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasın­da diplomatik əlaqələr qurulub: “1997-ci…

Daha çox

Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır

İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.

Daha çox