“Xarici siyasət baxımından İtaliya, Avropa Birliyinin üzvü və Avropanın bir parçası kimi Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, bu münasibət ölkəmizin Avropadakı mövqeyini daha da gücləndirir və beynəlxalq arenada etibarını artırır: “İtaliya həm iqtisadi, həm siyasi sahələrdə Azərbaycanın yanında olmuş, müxtəlif mərhələlərdə ona dəstək vermişdir. Əhəmiyyətli məqam odur ki, İtaliya Fransa kimi anti-Azərbaycan kampaniyalarında iştirak etməmişdir. Əksinə, İtaliya daim çalışmışdır ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləsin. Qarabağ məsələsində də İtaliyadan hər hansı mənfi yanaşma müşahidə olunmayıb, əksinə, bu ölkədən Azərbaycanın haqq…
Daha çoxCategory: Siyasət
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha çoxAzərbaycanın bütün uğurları, zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir
Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsindəyik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azadddır, dirçəlir, mərhələli şəkildə sakinlərinə qovuşur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda, Şuşada, Xankəndidə üçrəngli Bayrağımızın dalğalanması idi. Təbii ki, bu gün sonsuz qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar çağdaş Azərbaycan tarixinin faciəli səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə Azərbaycan nəinki müstəqilliyini, hətta…
Daha çox“Azərbaycan etibarlı tərəfdaş mövqeyinə yüksəlir”
“44 günlük müharibə, şübhəsiz ki, son illərdə bütün regionda bir çox prosesləri kökündən dəyişmişdir. Əvvəla, Cənubi Qafqazda uzun illər davam edən işğala son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir”. Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi və iqtisadi gələcəyinə təsir göstərən mühüm hadisədir: “Beləliklə, Azərbaycan həm Şimal–Cənub, həm də Şərq–Qərb dəhlizlərinin ən etibarlı və mühüm tərəfdaşına çevrilmişdir. Digər tərəfdən, Azərbaycan yalnız münaqişəni həll edən dövlət kimi çıxış etmir. Bu gün ölkəmiz beynəlxalq prosesləri yaxından izləyir, bu məsələlərlə bağlı prinsipial mövqeyini…
Daha çoxMilli Məclisin sədri CAR-a işgüzar səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 30-da Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfər edib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar. Səfərdə Milli Məclisin sədri “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək. Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə…
Daha çox“Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq mövcuddur”
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələrin möhkəmlənməsində cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü ilə iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib. O xatırladıb ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub: “1997-ci…
Daha çoxAzərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır
İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.
Daha çoxİqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır
Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır.
Daha çox“Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik”
Energetika sahəsində (İtaliya ilə – red.) bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. “Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Daha çox“Azərbaycan və İtaliya etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib”
Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Daha çox