“Azərbaycan etibarlı tərəfdaş mövqeyinə yüksəlir”

“44 günlük müharibə, şübhəsiz ki, son illərdə bütün regionda bir çox prosesləri kökündən dəyişmişdir. Əvvəla, Cənubi Qafqazda uzun illər davam edən işğala son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir”. Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi və iqtisadi gələcəyinə təsir göstərən mühüm hadisədir: “Beləliklə, Azərbaycan həm Şimal–Cənub, həm də Şərq–Qərb dəhlizlərinin ən etibarlı və mühüm tərəfdaşına çevrilmişdir. Digər tərəfdən, Azərbaycan yalnız münaqişəni həll edən dövlət kimi çıxış etmir. Bu gün ölkəmiz beynəlxalq prosesləri yaxından izləyir, bu məsələlərlə bağlı prinsipial mövqeyini…

Daha çox

Milli Məclisin sədri CAR-a işgüzar səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 30-da Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfər edib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar. Səfərdə Milli Məclisin sədri “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək. Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə…

Daha çox

“Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq mövcuddur”

Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələrin möhkəmlənməsində cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü ilə iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib. O xatırladıb ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də ta­nıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasın­da diplomatik əlaqələr qurulub: “1997-ci…

Daha çox

Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır

İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.

Daha çox

İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır

Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır.

Daha çox

“Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik”

Energetika sahəsində (İtaliya ilə – red.) bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. “Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Daha çox

“Azərbaycan və İtaliya etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib”

Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Daha çox

TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol böyük layihələrə yol açır

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır, yəqin ki, yaxın vaxtlarda hazır olacaq. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, TAP-ın açdığı yol, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır”.

Daha çox

İlham Əliyevin Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu…

Daha çox

“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır”

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib. Dövlətimizin başçısı bildirib: “Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.

Daha çox