İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır

Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır.

Daha çox

“Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik”

Energetika sahəsində (İtaliya ilə – red.) bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. “Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Daha çox

“Azərbaycan və İtaliya etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib”

Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Daha çox

TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol böyük layihələrə yol açır

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır, yəqin ki, yaxın vaxtlarda hazır olacaq. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, TAP-ın açdığı yol, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır”.

Daha çox

İlham Əliyevin Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu…

Daha çox

“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır”

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib. Dövlətimizin başçısı bildirib: “Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.

Daha çox

“Biz ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk”

Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk. SİA xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib. “Bu münasibətlər getdikcə daha da inkişaf edir və bir çox sahələri əhatə edir, gələcək üçün də çox böyük əhəmiyyətə malikdir”, – deyə İtaliya Prezidenti əhatə edib.

Daha çox

“İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir…”

Sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət, təhsil sahələrində mühüm bir gün olacaqdır və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. “Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır ki, İtaliya bu dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”, – deyə o vurğulayıb.

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə…

Daha çox