TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol böyük layihələrə yol açır

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır, yəqin ki, yaxın vaxtlarda hazır olacaq. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, TAP-ın açdığı yol, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır”.

Daha çox

İlham Əliyevin Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu…

Daha çox

“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır”

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib. Dövlətimizin başçısı bildirib: “Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.

Daha çox

“Biz ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk”

Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk. SİA xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib. “Bu münasibətlər getdikcə daha da inkişaf edir və bir çox sahələri əhatə edir, gələcək üçün də çox böyük əhəmiyyətə malikdir”, – deyə İtaliya Prezidenti əhatə edib.

Daha çox

“İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir…”

Sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət, təhsil sahələrində mühüm bir gün olacaqdır və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. “Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır ki, İtaliya bu dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”, – deyə o vurğulayıb.

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə…

Daha çox

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

bəyanatı -Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram. Aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və cənab Prezident, təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim. Əlbəttə ki, biz sabah İtaliya-Azərbaycan Universitetinin tələbələr kampusunun açılışını edəcəyik. Bu da o deməkdir…

Daha çox

“Azərbaycan öz sözünü demək iqtidarındadır”

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT tribunasından etdiyi çıxışda səsləndirdiyi fikirlər, heç şübhəsiz ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində, eyni zamanda 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində qazandığı qələbədən qaynaqlanan gücün və özünəinamın təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. O bildirib ki, bu çıxış bir daha təsdiqlədi ki, Azərbaycan qalib dövlət olaraq öz sözünü demək iqtidarındadır və artıq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib: “Bu mühüm bəyanat göstərdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal məsələlərdə ciddi aktora çevrilib. Xüsusilə iqlim dəyişikliyi, kiçik…

Daha çox

Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq sərgidə iştirak edir

Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, birinci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti İtaliyada “SEAFUTURE 2025” IX Beynəlxalq Sərgisində iştirak edir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər İtaliya HDQ komandanı, admiral Enriko Kredendinonun dəvəti ilə baş tutub. Dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən sərgiyə dünyanın müxtəlif ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar qatılıb. Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında…

Daha çox