[ad_1] Daxili Qoşunların Hərbi İnstitutu 2025/2026-cı tədris ili üçün tələbə qəbulu elan edib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər. Namizədlər Daxili Qoşunların Baş…
Daha çoxCategory: Siyasət
“Ölkəmiz belə tədbirlərdən kifayət qədər faydalanmalıdır”
[ad_1] “Davos İqtisadi Forumu çox əhəmiyyətli beynəlxalq platformadır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni deyib. Rauf Zeyni sözlərinə belə davam edib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bu forumda iştirak etməsi ilə forumun tribunasından dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və müvafiq dövlət başçıları ilə görüşlərin keçiriməsi ölkəmizin gələcək strateji inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Beynəlq platformalarda, o cümlədən Davos İqtisadi Forumunda iştirak etmək ölkəmizin bugünkü durumu, regionda olan vəziyyət və dünyada gedən proseslərə cənab Prezidentin…
Daha çoxAzərbaycan Prezidenti belaruslu həmkarına təbrik məktubu göndərib
[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür. Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da…
Daha çoxToponimiya komissiyasının iclası keçirilib
[ad_1] Yanvarın 27-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. SİA xəbər verir ki, ilk iclasa sədrlik edən parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnaməyə görə Toponimiya komissiyasının ilk iclasında təşkilatı məsələlərə baxılır. Müvafiq olaraq bugünkü iclasın gündəliyinə də komissiyanın sədri, sədr müavini və katibin seçilməsi məsələsi daxil edilib. İclasda komissiyanın sədri vəzifəsinə AMEA-nın prezidenti İsa Həbibbəylinin, komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin…
Daha çoxAzərbaycan Prezidenti İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul edib
[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır,…
Daha çoxPrezident Qvineyanın yeni səfirinin etimadnaməsini qəbul edib
[ad_1] Prezident İlham Əliyev yanvarın 27-də Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, səfir etimadnaməsini Azərbaycanın dövlət başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini dedi, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd…
Daha çoxİlham Əliyev yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib
[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Səfir Qorazd Rençel ilk növbədə COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğuladı, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd etdi.…
Daha çoxYalçın Rəfiyev Qətərdə səfərdə olub, siyasi məsləhətləşmələr aparılıb
[ad_1] Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 26 yanvar 2025-ci il tarixində Qətər Dövlətində səfərdə olub. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Məlumata görə, səfər çərçivəsində Azərbaycan XİN ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, ümumi maraq…
Daha çoxAzərbaycan Prezidenti İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul edib
[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvü Conatan Misneri qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. [ad_2]
Daha çoxAzərbaycan XİN Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib
[ad_1] Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, məlumat nazirliyin rəsmi “X” sosial media hesabında paylaşılıb. “27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik. Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq”, – paylaşımda qeyd olunub. [ad_2]
Daha çox