Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

[ad_1] Baş Prokurorluqda ötən il prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilir. SİA xəbər verir ki, iclasda Baş Prokurorluğun Mərkəzi aparatının, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edib. Geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. K.Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib. [ad_2]

Daha çox

Tehrandakı səfirliyimizə terror hücumundan iki il ötür

[ad_1] Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür. SİA xatırladır ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri…

Daha çox

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb

[ad_1] 1992-ci il yanvarın 25-26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ – 8” helikopterində şəhid olanların əziz xatirəsi Şuşa Şəhidlər xiyabanında yad edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində Xüsusi Nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, Şuşada fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan ordusunun həyata keçirdiyi Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa…

Daha çox

Paşinyanın səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür

[ad_1] 25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində deyilir. “Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla…

Daha çox

Azərbaycan Prezidenti Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib

[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostini təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım General-Qubernator. Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”. [ad_2]

Daha çox

Daşaltı əməliyyatından 33 il ötür

[ad_1] Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 33 il ötür. SİA xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin…

Daha çox