[ad_1] Azərbaycan Hərb Tarixi Muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və İkinci Dünya müharibəsində həlak olanların, respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi dərin ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adını almış, tank qoşunları general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsi cəbhələrində keçdiyi şanlı döyüş və həyat yolundan…
Daha çoxCategory: Siyasət
Hərbi hissədə nöqsanlar aşkarlanıb
[ad_1] Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib. SİA xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Qeyd olunub ki, başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına, anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə və yeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkarlanıb. Başçəkmə zamanı həmçinin cəza çəkən hərbi qulluqçular konfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri və Ombudsmanın səlahiyyətləri izah olunub. Yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla…
Daha çoxHikmət Mirzəyev Türkiyədə sərhəd postuna baxış keçirib
[ad_1] Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ziyarət zamanı Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu Türkiyə ilə Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında hərbi əməkdaşlığın və koordinasiyanın artırılması çərçivəsində inkişaf etdirilən silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə olunan…
Daha çoxHikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
[ad_1] Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, ordu generalı Metin Gürak görüşdə Azərbaycan-Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığımızın inkişafına göstərdiyi müsbət təsiri xüsusi qeyd edib, icra olunan birgə fəaliyyətlərin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib. Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən müdafiə nazirinin müavini səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını çatdırıb. Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil…
Daha çoxHərbi vəzifəlilərlə praktiki atış çalışmaları icra edilib
[ad_1] Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilib. Məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətin maarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinə yetirilməsi ilə davam edib. Sonra təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələləri keçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarının taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları…
Daha çoxİranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
[ad_1] İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib. Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında…
Daha çoxİranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir
[ad_1] İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir. SİA xəbər verir ki, bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın diqqətinə çatdırılıb. Bildirilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir. [ad_2]
Daha çoxYaşar Gülər Hikmət Mirzəyevi qəbul edib
[ad_1] Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib. Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir. [ad_2]
Daha çoxBakıda Hindistanın Respublika Günü qeyd edilib
[ad_1] Yanvarın 24-də Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin 76-cı Respublika Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Hindistanın Dövlət himnləri səsləndirilib. Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan çıxışında tədbirin əhəmiyyətinə toxunaraq deyib: “Biz bu gün demokratiyamızın və tərəqqimizin özülü – önəmli bir hadisə olan Hindistanın sayca 76-cı Respublika Gününü qeyd etmək üçün toplaşmışıq”. Səfirin sözlərinə görə, Hindistan və Azərbaycan dərin sivilizasiya və mədəni əlaqələrə malikdir ki, bu da 2024-cü ildə bir sıra yüksəksəviyyəli qarşılıqlı münasibətlərlə daha da güclənib: “Bizim iqtisadi əməkdaşlığımız…
Daha çox“Azərbaycanın regionda artan nüfuzu Rusiya rəhbərliyini narahat edir”
[ad_1] “Rusiya mətbuatı Azərbaycana qarşı açıq-aydın kampaniya aparır və bu da Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Təsadüfi deyil. Dekabrın 25-ə qədər də bu proseslər müəyyən qədər gedirdi. Amma dekabrın 25-də Azərbaycan təyyarəsinin vurulmasından sonra və Azərbaycan Prezidentinin sərt açıqlamalarından sonra Rusiya mətbuatına komanda verildi və Azərbaycana qarşı olan bir yürüşə başladılar”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Akif Nağı sözlərinə belə davam edib: “Burada həm o günahı ört-basdır eləməyə çalışırlar. Azərbaycan tərəfini müəyyən mənada reallıqla barışdırmağa çalışırlar, məqsədlərindən biri bundan ibarətdir. Digər tərəfdən…
Daha çox