[ad_1] Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. Ə.Əsədov Azərbaycan və Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib. [ad_2]
Daha çoxCategory: Siyasət
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müzakirə
[ad_1] Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov qonaqlarla görüşüb. Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdim olunub. Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində…
Daha çoxTəbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
[ad_1] Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Sadiq Qurbanov yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər diləyib. O, iclasın gündəliyinə 5 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb. Komitə sədri, əvvəlcə, gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə…
Daha çoxPakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
[ad_1] Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Komissiyanın həmsədri, müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistanda rəsmi səfərdədir. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya bildirilib ki, səfər çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari müdafiə sənayesi naziri V.Mustafayev ilə görüşüb. Görüşdə Komissiyanın üzvləri – xarici işlər nazirinin müavini Elnur Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Kamal Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak ediblər. Pakistanın prezidenti Azərbaycan nümayəndə heyətini Pakistanda salamlamaqdan…
Daha çoxHikmət Mirzəyev türkiyəli həmkarı ilə tərəfdaşlıq məsələlərini müzakirə edib
[ad_1] Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb. Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb. Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. [ad_2]
Daha çoxSülh və ya sanksiyalar
[ad_1] Yaxud, Putin üçün Trampın şərtləri Avropalı siyasətçilər prezident Donald Trampın şanssız olduğunu deyirlər. Amma ABŞ prezidenti Rusiya hakimiyyətinə müraciətində onları Rusiya Federasiyası vətəndaşlarına sevgisini və Vladimir Putinə hörmətini təmin edərək, onları danışıqlar masası arxasına oturmağa və Ukrayna ilə münaqişəni dərhal dayandırmağa çağırıb. Əks halda Tramp Rusiyanın ABŞ-a tədarük etdiyi bütün mallara məhdudiyyətlər tətbiq edəcəyini və ya sərtləşdirəcəyini vəd edib. Amerika prezidenti növbəti dəfə seçkiqabağı bəyanatını təkrarlayıb: onun dövründə belə münaqişə ümumiyyətlə baş verməzdi. Eyni zamanda “The Wall Street Journal” (WSJ) Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa münaqişəni 100…
Daha çoxSahibə Qafarova Belarus səfiri Andrey Ravkovu qəbul edib
[ad_1] Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib. SİA xəbər verir ki, görüşdə Andrey Ravkovun səfir kimi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səmərəli fəaliyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq prinsiplərinə söykəndiyi ifadə edilərək, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd edilib. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və geniş siyasi təmasların münasibətlərin inkişafına töhfələri vurğulanıb. O cümlədən, ölkələrimizin…
Daha çox“Bunun arzuolunmaz nəticələri Rusiya üçün qaçınılmaz olacaq”
[ad_1] “Rusiyada bir sıra mərkəzlər və medianın Azərbaycan kampaniyası davam edir. Bu da ondan irəli gəlir ki, Azərbaycan Prezidentinin bizim sərnişin təyyarəsinin vurulması ilə bağlı Kremlə konkret tələbləri var. Üzrxahlıqdan sonra kompensasiya ödənilməli və günahkarlar cəzalandırılmalıdır. Nə kompensasiya, nə də günahkarların cəzalandırılması barədə Rusiyanın siyasi dairələrində heç bir müzakirə getmir. Bunun əksinə sanki Kremldən komanda verilib ki, Azərbaycan və Azərbaycanın dövlət başçısı əleyhinə qara təbliğat kampaniyası başlasın. Lakin bu qara təbliğat kampaniyası ikitərəfli münasibətlərə təsir edəcəyini anlamır”. Bu sözləri politoloq Elxan Şahinoğlu SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan qonşu…
Daha çox“Forumda iştirak etmək Azərbaycanın maraqlarına uyğundur”
[ad_1] “Davos İqtisadi Forumu əhəmiyyətli tədbirlərdən biridir və Azərbaycanın burada iştirakı da önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Tural Abbaslı sözlərinə belə davam edib: “Burada adətən bir çox dünya liderləri, böyük biznes sahibləri, iş adamları, eyni zamanda elm adamları və böyük texnologiya şirkətlərinin rəhbərləri iştirak edirlər. Hər bir dövlət çalışır ki, özünün bu və digər formada maraqlarını təmin eləsin, əlaqələr qursun, öz yanaşmalarını sərgiləsin. Davos İqtisadi Forumunun müsbət tərəfi həm də bizim üçün ondan ibarətdir ki, burada bir çox dünya liderləri ilə qısa zamanda ünsiyyətdə…
Daha çoxDaxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
[ad_1] Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 24-də Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hesabat ilində də etibarlı qorunub. Qeyd olunub…
Daha çox