Sahibə Qafarova Cahit Bağçını qəbul edib

[ad_1] Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA xəbər verir ki, görüşdə iki ölkə və onların parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. S.Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib. Söhbət zamanı səfir C.Bağçının Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli…

Daha çox

Sülh naminə güzəşt, yoxsa?

[ad_1] Ermənistan yollar axtarır, hansı istiqamətə gedəcəyini müəyyənləşdirmək üçün gah Qərbə, gah da Şimala tərəf boylanır. Amma hər iki istiqamətdən ona gözlənilən dəstək verilmir, çünki özlərinin başı başqa işlərə qarışıb. Şimal – Rusiya Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ı danışıqlar başlayana qədər əhəmiyyətli nəticəyə yaxınlaşdırmaq istəyir. Qərb isə Rusiyanı müharibədə məğlub duruma gətirmək üçün bütün imkanlarını hələlik səfərbər edir, əsas “kartlarını” isə açmaq istəmir. Əslində hər kəs, bu müharibədə “tərəf” statusunda olanlar bu oyunda gücünün nə qədər olduğunu gizli saxlamağa üstünlük verirlər. Ona görə də, onsuz da dalana dirənmiş, xarici aləmlə…

Daha çox

“Fotojurnalistikaya Dəstək Proqramı”nın təqdimat mərasimi keçirilib

[ad_1] Mətbuat Şurasında Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi baş tutub. SİA xəbər verir ki, təlimlər Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika (BDU) fakültəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar çıxışlarında layihənin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda…

Daha çox

XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb

[ad_1] Yanvarın 23-24-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasında səfərdə olub. Xarici İşlər Nazirliyindən SİA-ya bildirilib ki, yanvarın 23-də İslamabadda Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər. Məsləhətləşmələr zamanı siyasət, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm sektorlarında və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə…

Daha çox

Yanvar çağırışının gedişatı müzakirə olunub

[ad_1] Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXDX) aparatında Mərkəzi Çağırış Komissiyasının müddətli həqiqi hərbi xidmətə yanvar çağırışının gedişatı ilə bağlı iclası keçirilib. Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, SHXDX-nin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub. Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə…

Daha çox

İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçirilib

[ad_1] İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclası keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov yanvarın 23-24-də Pakistanda səfərdə olub. İslamabad şəhərində yanvarın 23-də Azərbaycan ilə Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə Elnur Məmmədov, Pakistan tərəfinə isə xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək…

Daha çox

Yubiley medalı əcnəbilərə də verilə bilər

[ad_1] “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif edilə bilər. SİA-nın məlumatına görə, bu barədə yubiley medalı haqqında Əsasnamədə qeyd olunub. Əsasnamənin birinci maddəsində deyilir: “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər. [ad_2]

Daha çox

Hikmət Hacıyev Belarus səfirini qəbul edib

[ad_1] Belarusun Azərbaycandakı səfiri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. SİA xəbər verir ki, bu barədə Belarus diplomatik xidmətinin sosial şəbəkədəki səhifəsində məlumat yayılıb. A.Ravkov Azərbaycandakı diplomatik missiyasının başa çatması münasibətilə H.Hacıyevlə görüşüb. Qeyd edək ki, yanvarın 14-də Belarus Prezidenti Aleksandr Lukaşenko Dmitri Pineviçi Azərbaycana yeni səfir təyin edib. [ad_2]

Daha çox

Üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

[ad_1] Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək. SİA xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət…

Daha çox

Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək

[ad_1] Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək. SİA xəbər verir ki, bu, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub. [ad_2]

Daha çox