[ad_1] Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər tarixi və strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqlərindən biridir. Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, regional sabitlik və nəqliyyat marşrutlarının inkişafı sahəsində işbirliyi bu əlaqələrin sütunlarını təşkil edir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri kimi böyük layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb. ABŞ tərəfdən isə Azərbaycanla münasibətlər Cənubi Qafqaz bölgəsindəki güc balansının qorunması və əzəli rəqiblərinin təsirini məhdudlaşdırmaq baxımından önəm daşıyır. Lakin bu münasibətlərin inkişafı üçün bəzi həll olunması vacib problemlər də mövcuddur. SİA AZƏRTAC-a istinadən xəbər verir…
Daha çoxCategory: Siyasət
Qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaq
[ad_1] Azərbaycanda öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulacaq. SİA xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə görə, bu şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi…
Daha çoxBu şəxslər yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimə olunmayacaq
[ad_1] Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçən hərbi vəzifəlilər vətəndaşların hərbi qeydiyyat üzrə nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə görə məsuliyyətdən azad ediləcək. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunur. Dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə…
Daha çoxArktika, Qrenlandiya və Kanada ilə bağlı CƏFƏNGİYYATLAR
[ad_1] Amerikanın yenə də üstünlük qazanmaq istəyi özünü göstərir və yeni ABŞ prezidenti Trampın Arktika, Qrenlandiya və Kanada ilə bağlı fikirləri bunu təsdir edir. ABŞ tarixində hər bir liderin istədiyi kimi, Tramp da öz növbəsində ölkəsinin hansısa üstünlüyə sahib olmasına çalışır və Arktika ilə bağlı fikirləri də bu mənada başadüşüləndir. Amma məsələ burasındadır ki, reallıqlar tamam başqa məntiqi sonluq və uğursuz nəticələr vəd edir və ölkələrin öz suverenliklərini, müstəqilliklərini qoruması fonunda ABŞ liderinin fikirləri cəfəngiyyat kimi görünür. Cəfəngiyyat kimi görünən bu məsələnin mahiyyəti maraq doğurmaya bilməz “Politico” nəşri Danimarka Beynəlxalq…
Daha çox“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq
[ad_1] “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üzrə İş Planında əks olunub. Qanun layihəsini parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayacaq. [ad_2]
Daha çoxCeyhun Bayramov Cahit Bağcını qəbul edib
[ad_1] Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyəyə bir daha başsağlığı verib, dəhşətli hadisə nəticəsində vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb, Azərbaycanın hər zaman Türkiyə dövləti və xalqının yanında olduğunu vurğulayıb. XİN başçısı Azərbaycanda səmərəli diplomatik fəaliyyətinə,…
Daha çoxSuriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcəyik
[ad_1] Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib. Görüş zamanı Azərbaycan və Türkiyənin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub. Bu istiqamətdə Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub. [ad_2]
Daha çoxAzərbaycanın geniş perspektivləri var
[ad_1] Azərbaycanın Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivlər var. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edərkən deyib. Bildirilib ki, iki ölkənin geniş mənada regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətləri bundan sonra da davam etdiriləcək. Regional və beynəlxalq təşkilatlar, habelə bir sıra çoxtərəfli formatlar çərçivəsində davamlı dəstək və həmrəyliyin əhəmiyyəti də qeyd olunub. [ad_2]
Daha çoxXarici İşlər Nazirliyi müsahibə elan edir
[ad_1] Azərbaycanın Xarici İşlər Nazirliyi inzibati vəzifənin tutulması üzrə ümumi müsahibə elan edib. SİA xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, vakant inzibati vəzifə Xarici İşlər Nazirliyinin Əmlakların idarə olunması və informasiya təhlükəsizliyi idarəsində İnformasiya mübadiləsinin təminatı şöbəsinin baş məsləhətçisi vəzifəsidir. 2025-ci il 21 fevral saat 18:00 sənədlərin qəbulu üçün müəyyən edilmiş son tarixdir. Vakansiya ilə ətraflı məlumatı buradan əldə edə bilərsiniz. [ad_2]
Daha çoxİcma bəyanat yayıb
[ad_1] İcma bəyanat yayıb [ad_2]
Daha çox