Azərbaycan xalqı 2020-ci ilin payızını sevinclə kədərin, qürurla iftixarın, qələbə ilə ümidin bir arada yaşandığı mövsüm kimi xatırlayır. SİA xəbər verir ki, Erməni qəsbkarlarının işğalı altında olan əzəli torpaqlarımız uğrunda haqq savaşı məhz həmin günlərdə başlandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən hücumuna cavab olaraq əks-hücum əməliyyatına başladı. Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində ilk gündən başlayaraq Zəfərin qoxusu duyulmağa başladı. Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə…
Daha çoxCategory: Siyasət
Prezident İlham Əliyev: Türk dünyası bizim ailəmizdir!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə səhifələrində 3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, paylaşımda deyilir: “3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha…
Daha çoxAvropa Siyasi Birliyi və Azərbaycan
Avropa Siyasi Birliyinin yeddinci iclası Danimarkanın paytaxtı Kopenhagendə bütün qitənin liderlərini bir araya toplayıb. Ortaq siyasi iradənin nümayişi kimi özünü təqdim edən Avropa Siyasi Birliyi həm də cəmiyyətlərin və vətəndaşların sülhü, inkişafı və firavanlığı üçün çalışmaq istəyir. Liderlər ümumi təhlükəsizlik vəziyyəti ilə üzləşdiyi geosiyasi vəziyyətdə Avropanı daha güclü və təhlükəsiz etmək yollarını müzakirə ediblər. Açılış plenar iclasından sonra Avropada təhlükəsizlik vəziyyətinin müxtəlif aspektləri, o cümlədən, ənənəvi və hibrid təhlükəsizlik təhdidləri, iqtisadi təhlükəsizlik və miqrasiya məsələləri geniş şəkildə müzakirə olunub. Aİ-ni iclasda Danimarkanın Baş naziri Mette Frederiksen ilə həmsədrlik edən Avropa…
Daha çox“Hər iki ölkə bir-biri üçün daim maraq kəsb edib”
“Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir. İtaliya Azərbaycan Xalq Cümhuriyyəti dövründə paytaxt Bakıda diplomatik nümayəndəlik açan azsaylı ölkələrdən biridir. Bu faktın özü hər iki ölkənin bir-biri üçün daim maraq kəsb etdiyinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib. Deputat bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, xüsusilə də ümummilli lider Heydər Əliyevin 1997-ci il sentyabrın 25-də bu ölkəyə rəsmi səfərindən etibarən Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ başlayıb: “Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı istiqamətində…
Daha çoxTDT 16 yaşında – AKTUAL
TDT 16 yaşında – AKTUAL
Daha çoxOrtaq maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətləri yeni mərhələdə
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər son onilliklər ərzində davamlı inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr təkcə ikitərəfli müstəvidə deyil, həm də regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Sentyabrın 30-da İtaliya Prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər bir daha sübut edir ki, iki ölkə arasındakı əməkdaşlıq qarşılıqlı etimada, uzunmüddətli maraqlara və ortaq strateji hədəflərə əsaslanır. Enerji sektoru Azərbaycan–İtaliya münasibətlərinin əsasını təşkil edir. Azərbaycan uzun illərdir ki, İtaliyanın ən böyük neft təchizatçılarından biridir. Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi isə qaz ixracında yeni mərhələni təşkil…
Daha çoxKamran Əliyev Səbaildə vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında oktyabrın 3-də Səbail rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Daha çoxYAP Nərimanov rayon təşkilatında “5 oktyabr – Müəllimlər Günü” tədbiri keçirilir
Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə dəyərli müəllimlər, rəsmi şəxslər və rayon ictimaiyyəti iştirak edir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, Ceyhun Məmmədov, Elm və Təhsil…
Daha çox“Azərbaycanın uğurları xalqın birliyi və müəllimlərin zəhməti sayəsində əldə edilir”
“Bu gün Azərbaycan cəmiyyətində təhsil, müəllimlərin fəaliyyəti və onların gənc nəsillərin yetişdirilməsində rolu hər zamankindən daha vacibdir. Təhsil sahəsində əldə olunan uğurlar yalnız ölkəmizin deyil, dünyanın hər yerində mürəkkəb proseslər nəticəsində qazanılmış unikal nailiyyətlərdir. Biz xalq olaraq, dövlət olaraq vətəndaşların birliyi və müəllimlərin fədakarlığı sayəsində bu uğurlara nail oluruq. Hər birimizin üzərinə böyük məsuliyyət düşür ki, gələcək nəsillərin inkişafı və Azərbaycanın yeni uğurlarının təmin olunması üçün birlikdə çalışaq” – deyə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev tədbirdə bildirib. SİA xəbər verir ki, Elgin Həbibullayevin çıxışı “5 oktyabr – Beynəlxalq…
Daha çox“Müəllimlərin rolu gənc nəslin formalaşmasında əvəzsizdir”
“Bu gün müəllimlərin fəaliyyətinin əhəmiyyətini və onların gənc nəsillərin tərbiyəsindəki rolunu vurğulamaq istərdim. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Nərimanov rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar keçirilən tədbirdə səsləndirib. Deputat qeyd edib ki, müəllimlik yalnız peşə deyil, eyni zamanda müqəddəs bir missiyadır: “Müəllimlər həm bilik verirlər, həm də gəncləri tərbiyə edirlər. Onların əməyi gənc nəsillərin milli və mənəvi dəyərlərə sadiq, vətənpərvər və bilikli yetişməsində həlledici rol oynayır. Dövlət və cəmiyyət olaraq müəllimlərin bu fədakar fəaliyyətinə maksimum dəstək verməliyik və onların zəhmətinə layiqincə…
Daha çox