[ad_1] “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni anlayışlar əlavə edilir. SİA xəbər verir ki, bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur. Dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, anlayışlar hissəsi aşağıdakı redaksiyada əlavə edilir: – korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif…
Daha çoxCategory: Siyasət
Mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır
[ad_1] Azərbaycanda 21 yaşına çatmış vətəndaşların da mülki odlu silah əldə etmək hüququ olacaq. SİA xəbər verir ki, bununla bağlı “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri…
Daha çoxBu şəxslər 100 manat cərimə olunacaq
[ad_1] Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Məcəlləyə təklif edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir. Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud…
Daha çoxMəlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır
[ad_1] Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək (hazırda 200-300) məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 (hazırda 400-600) manatadək məbləğdə cərimə ediləcək. Bundan başqa, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi…
Daha çoxBu şəxslərə və yaxınlarına təzyiq edilməsi qadağan olunur
[ad_1] Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilir. SİA xəbər verir ki, bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əks olunub. Dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, dəyişikliyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla…
Daha çoxKorrupsiya risklərinin idarə edilməsi qaydaları müəyyənləşir
[ad_1] Azərbaycanda korrupsiya risklərinin idarə edilməsi qaydaları müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni maddənin əlavə olunması təklif edilir. Dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, orqanın (qurumun) rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edəcək. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. Həmçinin orqanda hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və…
Daha çoxOnlar geyim formalarını bu günlərdə daşıyacaq
[ad_1] Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılanların hərbi geyim formasını daşıya biləcəyi günlər müəyyənləşib. SİA xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik edilməsi təklif edilib. Təklif olunan dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər. Bundan başqa, əsasnamədəki mövcud dəyişikliklə əlaqəli İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni maddə əlavə edilir. Belə ki, təklif edilən…
Daha çoxBu istiqamətdə cərimələr iki dəfə artırılır
[ad_1] Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr iki dəfə artırılır. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Məcəlləyə təklif edilən dəyişikliklə dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək (hazırda 350-550) məbləğdə cərimə ediləcəklər. Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun…
Daha çoxMəlumatların idarədaxili qaydada verilməsi mexanizmi hazırlanacaq
[ad_1] Korrupsiya hüquqpozmaları ilə bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmi hazırlanacaq. SİA xəbər verir ki, bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əks olunub. Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qanuna əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir. Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və…
Daha çoxQanunsuz silah satanlar 10 ilədək həbs oluna bilər
[ad_1] Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq. SİA xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Qeyd edək ki, qeyd…
Daha çox