[ad_1] Prezident İlham Əliyev yanvarın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib. O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib. Türkiyə…
Daha çoxCategory: Siyasət
Balasanyan istintaqa təhvil verilir (SƏS TV – CANLI)
[ad_1] Balasanyan istintaqa təhvil verilir (SƏS TV – CANLI) [ad_2]
Daha çoxDövlət Xidməti Sabirabadda gənclər üçün tədbirlər keçirib
[ad_1] Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Sabirabad rayonunda tədbirlər keçirilib. Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində həmin rayondan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, SHXÇDX-nın rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz veriblər. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam…
Daha çoxBölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir
[ad_1] “İrəvanın silahlandırılması ilk növbədə Azərbaycana qarşı təzyiq və təxribat planlarına xidmət edir” Nikol Paşinyan hökümətinin 44 günlük müharibədən sonra Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə bölgədə maraqları olan dünya güclərinin əlaltısına çevrilməsi, yeni müharibə törətmək yolunu tutması, bu məsələdə Fransa, ABŞ, Avropa İttifaqı kimi iri siyasi güclərdən açıq dəstək alması gün kimi aydın həqiqətdir. Ağlı başında olan istənilən hər kəs görür ki, tarix boyu Cənubi Qafqazda stukaçılıq missiyası daşıyan marionet Ermənistan dövləti, bu dəfə də eyni missiya üçün həvəslənib. Rəsmi İrəvan bu dəfə yüz illiklər boyu ağası olan Rusiyadan üzünü…
Daha çoxDeputatlar azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq
[ad_1] Milli Məclisin deputatları azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üzrə İş planına məsələ daxil edilib. Bildirilib ki, deputatlar yaz sessiyası müddətində işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq, aqrar sahədə əldə olunan nəticələri təbliğ edəcəklər. [ad_2]
Daha çoxMSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
[ad_1] Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib. SİA xəbər verir ki, bələdiyyə seçkilərində veb-kameraların tətbiqini birgə layihə çərçivəsində və sıx əməkdaşlıq şəraitində gerçəkləşdirən qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı atılan yekun addımlar barədə məlumat verilib. Mütəxəssislərlə söhbət zamanı veb-kameraların seçkilərin şəffaflığının təmin olunmasındakı mühüm rolu bir daha vurğulanaraq, veb-kameraların quraşdırılması və tənzimlənməsi prosesində qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb və zəruri tövsiyələr verilib. Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə bildirilib…
Daha çoxBirgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq
[ad_1] Azad edilmiş ərazilərdə “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib. İş planı komitənin bu gün keçirilən iclasında müzakirə olunub və qeyd edilib ki, komissiyada beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı nəzərdə tutulur. [ad_2]
Daha çoxBu məntəqələr ölkənin bütün coğrafiyasını əhatə edir
[ad_1] Veb-kameralar quraşdırılan 1000 məntəqə ölkənin bütün coğrafiyasını əhatə edir. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, veb-kameralar məntəqələrdəki prosesin izlənilməsi baxımından ən yüksək səviyyədədir: “2008-ci ildən Azərbaycanda seçki məntəqələrində veb-kameralar quraşdırılır. Demokratik, şəffaf, ədalətli seçkinin keçirilməsi üçün əlverişli mühit olmalıdır. Ona görə veb-kameraların quraşdırılması da Prezident sərəncamı ilə ölkə büdcəsi hesabına həyata keçirildi”. MSK sədri əlavə edib ki, seçki günü bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq: “Heç bir icazə və qeydiyyat olmadan dünyanın hər yerindən həmin kameralar vasitəsilə…
Daha çoxVeb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
[ad_1] Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib. SİA xəbər verir ki, baxış prosesində MSK sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak edib. Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb. [ad_2]
Daha çoxParlamentdə yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq
[ad_1] Milli Məclisin yaz sessiyasında yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq. SİA xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib. Sessiyanın İş Planı komitənin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, yeni qanun layihəsi rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunmasını nəzərdə tutacaq. [ad_2]
Daha çox