[ad_1] Yanvarın 28-də Moskvada İran, Azərbaycan və Rusiya arasında nəqliyyat üzrə nazirlər səviyyəsində iclas keçiriləcək. SİA xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib. Onun sözlərinə görə, iclasda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit fəaliyyətlərinin artırılması istiqamətində uyğun mexanizmin əldə olunmasına səy göstəriləcək. F.Sadiq bildirib ki, İran, Azərbaycan və Rusiya bu dəhlizlə ildə 15 milyon ton yükün daşınması hədəfinə nail olmağa çalışırlar. Qeyd edək ki, 21 və 22 yanvarda Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İki ölkə arasında iclasın yekinlarına dair əməkdaşlıq…
Daha çoxCategory: Siyasət
Qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib
[ad_1] Yanvarın 22-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclası keçirilib. Azərbaycanın İrandakı səfirliyindən SİA-ya bildirilib ki, iclasda iqtisadiyyat, ticarət-investisiya, neft-qaz, energetika, nəqliyyat-tranzit və humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin davam etdirilməsi üzrə müzakirələr aparılıb. İclasın yekunu olaraq Azərbaycan Respublikasının Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən sədri xanım Fərzanə Sadeq Anlaşma Memorandumunu imzalayıblar. Səfər çərçivəsində Azərbaycan Respublikasının…
Daha çoxStrateji əməkdaşlıq və dostluq nümunəsi
[ad_1] Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və bu əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq əlaqələrin təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş nailiyyətlərin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlar verərək, iki ölkə arasında mövcud olan yaxın əlaqələri və gələcək perspektivləri müzakirə ediblər. Bu görüşün əhəmiyyəti…
Daha çoxSahibə Qafarova Lorenzo Fontana ilə görüşüb
[ad_1] Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Lorenzo Fontana inamını ifadə edib ki, bu səfər parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. O, Azərbaycanla münasibətlərin İtaliya üçün əhəmiyyət kəsb etdiyini bildirərək, bu çərçivədə parlamentlər arasında da əlaqələrin inkişafından məmnunluğunu bildirib. Lorenzo Fontana Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə böyük əhəmiyyət verdiklərini, İtaliyanın bu münasibətlərin daha…
Daha çoxAzərbaycan-Gürcüstan müttəfiqliyi: ortaq hədəflər, yeni perspektivlər
[ad_1] Yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki dövlət arasındakı əlaqələrin mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək mətbuata birgə bəyanatlar verdilər. Cənab İlham Əliyev iqtisadiyyat, enerji, nəqliyyat və yaşıl enerji sahələrindəki əməkdaşlığın mühüm aspektlərini diqqətə çatdırdı. Azərbaycan Prezidenti Gürcüstanın Baş naziri ilə müntəzəm görüşlərin önəmindən bəhs edərək iki dövlət arasındakı əlaqələrin nə qədər dərin və önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək, bunun iki ölkə münasibətlərinin çox yaxın və strateji xarakter daşıdığını…
Daha çoxBaş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
[ad_1] Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Əli Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. [ad_2]
Daha çoxPrezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb
[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb. SİA xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulandı. Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər. Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol,…
Daha çoxCeyhun Bayramov Hakan Fidana zəng vurub
[ad_1] Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 22-də Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng vurub. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbir, yaralılara şəfa arzulayıb. Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb. Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə…
Daha çoxTehranın çıxış yolu
[ad_1] İran BMT Təhlükəsizlik Şurasının sanksiyaları geri dönərsə, NSY-dən çıxacağı ilə hədələyir Donald Trampın Ağ Evə qayıtması fonunda İran hakimiyyəti növbəti dəfə nüvə proqramı ilə bağlı danışıqlara hazır olduqlarını bəyan ediblər. Tehran Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi məsələsində irəliləyişə ümid edir. Əksinə, ABŞ və onun avropalı tərəfdaşları məhdudiyyətləri sərtləşdirmək yolunu tutsalar və həmçinin BMT Təhlükəsizlik Şurasının ölkəyə qarşı sərt sanksiyalarını yenidən tətbiq etməyə imkan verən xüsusi mexanizmdən istifadə etsələr, Tehran beynəlxalq təhlükəsizlik sahəsində Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSY) razılaşmasından çıxmaqla hədələyir. Görünür, bu ilin oktyabrın 18-dək…
Daha çoxANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
[ad_1] Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə görüşüb. Bu barədə SİA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Görüşdə mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində ANAMA ilə UNICEF tərəfindən ölkəmizdə birgə icra edilən layihələr, bu sahədə mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. [ad_2]
Daha çox