[ad_1] İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək. SİA xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb. Nizamnamənin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır. İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və…
Daha çoxCategory: Siyasət
Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq
[ad_1] Milli Məclisdə Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2025-ci il yaz sessiyası üçün İş planına daxil edilib. Plana əsasən, hesabatın parlamentin yaz sessiyası dövründə müzakirəsi nəzərdə tutulub. [ad_2]
Daha çox“e-mühasibat” informasiya sistemi yaradılacaq
[ad_1] Azərbaycanda “e-mühasibat” informasiya sisteminin yaradılması nəzərdə tutulur. SİA xəbər verir ki, bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir: – Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;…
Daha çoxParlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası olub
[ad_1] Yanvarın 22-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Hicran Hüseynova gündəliyə 3 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 11 iclası keçirilib və həmin iclaslarda 20 məsələyə baxılıb. Sessiya dövründə 6 qanun layihəsi üç oxunuşda, 1 qanun layihəsi isə bir oxunuşda qəbul edilib. Payız sessiyası dövründə…
Daha çoxAzərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində tərəfdaşlıq edəcəklər
[ad_1] Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa imza atıblar. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Sənədin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu…
Daha çoxAzərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilir
[ad_1] Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Hazırda lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanların lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarəti, əsasən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərin görülməsindən ibarətdir. Təklif olunan dəyişikliyə əsasən bu cür inzibati tədbirlərlə…
Daha çoxTəhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
[ad_1] Azərbaycanda əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək. SİA xəbər verir ki, bu, “Texniki təhlükəsizlik haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata…
Daha çoxAerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
[ad_1] Azərbaycanda “aerodrom istismarçısı” anlayışı fiziki və yaxud hüquqi şəxslərlə məhdudlaşmayacaq. SİA xəbər verir ki, bu, “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, sözügedən anlayışa dövlət orqanı da əlavə edilir. Bununla da aerodrom istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası yaradılıb. Bundan başqa, qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasın nəticələri barədə…
Daha çoxAzərbaycan və Rusiya əməkdaşlığı müzakirə ediblər
[ad_1] Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevlə görüş keçirib. Bu barədə SİA diplomatik nümayəndəliyin mətbuat xidmətinə istinadən xəbər verir. Söhbət zamanı tərəflər iki ölkənin daxili işlər orqanları xətti ilə qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə edib. Eyni zamanda, Azərbaycan və Rusiya arasında beynəlxalq terrorizm və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də sərhədyanı əməkdaşlıq sahələrində əməkdaşlığın gedişindən məmnunluqlarını ifadə ediblər. Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb. [ad_2]
Daha çoxAzərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
[ad_1] Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişiklik edilir. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunan layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilir. Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. [ad_2]
Daha çox