İraqlı alim 20 Yanvar faciəsi ilə bağlı məqalə yazıb

[ad_1] İraqın “əl-Dustur” qəzetində iraqlı alim doktor Mutəzz Muhi Əbdülhəmidin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub. SİA xəbər verir ki, “20 Yanvar faciəsi Azərbaycanın yeni tarixində fəxr və şücaət səhifələrindəndir” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur. Müəllif qeyd edir ki, millətlərin və xalqların tarixində qara hərflərlə həkk olunmuş çoxlu fəlakət və faciə vardır. Lakin sovet qüvvələri tərəfindən törədilmiş Bakı qətliamı xarakteri və hədəfləri ilə başqalarından fərqlənir. Bu hadisə zamanı çox sayda günahsız…

Daha çox

Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib

[ad_1] Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə keçirilən anım tədbiri şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin Dövlət himnləri ilə başlayıb. SİA xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna “Qurani-Kərim” oxunmasından sonra, 20 Yanvar faciəsinin mahiyyətini əks etdirən film nümayiş etdirilib. Səfirliyin müşaviri Eldar Əliyev açılış nitqində 1990-cı ilin 20 yanvar tarixində müstəqillik uğrunda ayağa qalxan dinc xalqın səsinin bütün dünyanın gözü önündə qanla boğulduğunu qeyd edərək, Azərbaycana qarşı…

Daha çox

Prezident Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. SİA xəbər verir ki, Nik Studer “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxundu, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd etdi. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdi. Dövlətimizin başçısı şirkətin Azərbaycana…

Daha çox

20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb

[ad_1] Strasburqda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ölkəmizin Avropa Şurası (AŞ) yanında Daimi Nümayəndəliyində anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsinin qanlı səhifəsi olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən bəhs edib, Qanlı Yanvar hadisəsinin xalqımız üçün faciə olmaqla yanaşı, millətimizin qəhrəmanlığı, yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, 35 il keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda…

Daha çox

“Prezidentin Forumda iştirakı Azərbaycanın səsinin dünya birliyində eşidilməsində böyük rol oynayır”

[ad_1] “Davos İqtisadi Forumu dünyanın qeyri-formal parlament rolunu oynayan bir tədbir kimi artıq çoxdan tarixə yazılıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, hər ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilən görüşlərdə bütün dövlətlərin rəhbərləri, tanınmış insanları, iqtisadçılar, iş adamları görüşərək dünyanın iqtisadi problemlərini müzakirə edirlər: “Ayrı-ayrı platformalarda ayrı-ayrı regionların və yaxud da ayrı-ayrı problemlərin müzakirəsi keçirilir”. Aydın Mirzəzadə sözlərinə belə davam edib: “Bundan başqa, həm çoxtərəfli, həm ikitərəfli görüşlər keçirilərək dünyada gedən proseslərin həlli yolunda birgə tədbirlər hazırlanıb. Cənab Prezident uzun müddətdir ki, Davos İqtisadi Forumunda…

Daha çox

XİN-in rəhbər heyəti Şəhidlər xiyabanında

[ad_1] Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə XİN-in mətbuat xidmətindən SİA-ya məlumat verilib. Bildirilib ki, ziyarət zamanı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. [ad_2]

Daha çox

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

[ad_1] 20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, siqnallar verilib, qəhrəman Vətən övladlarının xatirəsi anılıb. [ad_2]

Daha çox

Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Prokurorluq əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib. [ad_2]

Daha çox