[ad_1] Niderlandın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. SİA-nın məlumatına görə, Niderlandın Azərbaycandakı səfiri Paulin Eyzema Şəhidlər xiyabanını ziyarət edib. “Səfir diplomatik missiyanın nümayəndələri ilə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib”, – səfirliyin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir. [ad_2]
Daha çoxCategory: Siyasət
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır
[ad_1] Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. SİA xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur. Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları – şəhidlərin yaxınlarını, Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət…
Daha çoxDin xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər
[ad_1] 1990-cı il yanvarın 20-də Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin anım günüdür. SİA xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər xiyabanını ziyarət ediblər. 20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhları dərin ehtiramla yad edilib, dualar oxunub. [ad_2]
Daha çoxYAP nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
[ad_1] 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, YAP nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Partiya nümayəndələri tərəfindən “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb. [ad_2]
Daha çoxAzərbaycanın Düşənbədəki səfirliyi 20 Yanvar qurbanlarının xatirəsinə anım mərasimi keçirib
[ad_1] Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi və mətbuat konfransı keçirib. Səfirlikdən SİA-ya bildirilib ki, tədbir iştirakçıları şəhidlərin xatirəsini yad ediblər. Tədbir zamanı səfir Əlimirzamin Əsgərov iştirakçılara 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələr barədə məlumat verib. [ad_2]
Daha çoxSərhədçilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
[ad_1] 20 Yanvar faciəsinin 35-ci ildönümündə Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində anım tədbirləri keçirilib. Xidmətdən SİA-ya bildirilib ki, Ümumxalq Hüzn Günündə DSX-nın rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. DSX aparatında keçirilmiş anım tədbirində fotoqrafların faciədən lentə aldığı fotolardan ibarət sərgiyə baxışı təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin…
Daha çoxAzərbaycanın Ermənistanla təmasları davam edir
[ad_1] Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də proses davam edəcək. C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil. XİN başçısı həmçinin əlavə edib ki, Ermənistanla sülh müqaviləsinin mətnində 2 maddə üzrə danışıqlar hələ də davam edir. [ad_2]
Daha çoxGürcüstanın Bakıdakı səfiri Şəhidlər xiyabanını ziyarət edib
[ad_1] Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib. “Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və səfirliyin əməkdaşları ilə birlikdə 35 il əvvəl Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib. 1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərə qarşı vəhşicəsinə basqınları nəticəsində dinc sakinlər öldürüldü”, – paylaşımda bildirilib. Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatik nümayəndəliklərin rəhbərləri Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş…
Daha çoxXRİTDX-nin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib
[ad_1] 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb. Xidmət adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. [ad_2]
Daha çoxBələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb
[ad_1] Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, seçki zamanı biokameralar fəaliyyət göstərəcək. “Xarici müşahidəçilərlə bağlı müraciət qeydə alınmayıb”, – MSK sədri vurğulayıb. [ad_2]
Daha çox