Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

[ad_1] Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub. SİA-nın xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb. Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər…

Daha çox

Üç ölkənin təyyarə qəzası ilə bağlı apardığı araşdırmaların nəticələri müzakirə olunur

[ad_1] AZAL-ın təyyarəsinin Aktuada qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır. K.Əliyev vurğulayıb ki, hər üç ölkə ayrı-ayrılıqda özünə aid məsələdə sübutlar toplayır: “Bundan sonra sübutların təhlili, təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi təmin ediləcək. Eyni zamanda hazırda Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır”. [ad_2]

Daha çox

Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

[ad_1] Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, məsələ ilə bağlı konkret faktlar var: “Bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir. Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyatı qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür”. [ad_2]

Daha çox

Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında paylaşım edib. “20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun. Bayrağı bayraq edən qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir”, – paylaşımda qeyd olunub. [ad_2]

Daha çox

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya qurumdan məlumat verilib. Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb. Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Allah şəhidlərimizə rəhmət eləsin! [ad_2]

Daha çox

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

[ad_1] Pakistan Milli Müasir Dillər Universitetində (NUML) “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” adlı seminar keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib və 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana…

Daha çox

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, o bu barədə özünün rəsmi “X” sosial media hesabında paylaşım edib. “Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisənin 35-ci ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan dövləti və xalqının yanındayıq”, – paylaşımda qeyd olunub. [ad_2]

Daha çox