ABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

[ad_1] ABŞ-nin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara Bakıda Şəhidlər xiyabanını ziyarət edib. “Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk”, – o, “x” hesabında yazıb. [ad_2]

Daha çox

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, Milli Məclisin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb. [ad_2]

Daha çox

Türkiyə XİN 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

[ad_1] Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsində dərc olunan məlumatında bildirilib. “1990-cı il yanvarın 20-də müstəqillik uğrunda canlarından keçmiş qardaş Azərbaycanın qəhrəmanlarının xatirəsini hörmət və rəhmətlə yad edirik”, – paylaşımda deyilir. [ad_2]

Daha çox

Britaniyanın Bakıdakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqyus Old 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, bu barədə səfirin “X” sosial şəbəkəsində paylaşdığı məlumatda deyilir. “Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram”, – Old yazıb. [ad_2]

Daha çox

Təbrizdə Qanlı Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

[ad_1] Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, tədbir zamanı 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib, fotoşəkillərdən ibarət sərgi keçirilib və ehsan süfrəsi açılıb. Tədbirdə İranın Şərqi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Murtaza Məhəmmədzadə, bu ölkənin digər rəsmi şəxsləri, Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və baş konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.…

Daha çox

Zakir Həsənov Şəhidlər xiyabanını ziyarət etdi

[ad_1] Müdafiə naziri Zakir Həsənov 20 yanvar hadisələrinin 35-ci ildönümüylə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Qeyd edək ki, Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxdığı və qanlı tarix yazdığı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən 35 il ötür. [ad_2]

Daha çox

Vaşinqtonda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

[ad_1] Vaşinqtonda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Anım tədbirində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar tək Azərbaycan üçün önəmli tarixi hadisə deyil, eyni zamanda digər xalqlar üçün də müstəqillik, suverenlik…

Daha çox

Mərakeş mediası 20 Yanvar faciəsindən yazıb

[ad_1] Mərakeşin “Hurrapress”, “əl-İlami” və fransızdilli “L’Opinion” elektron nəşrlərində mərakeşli jurnalist Şueyb Brhaddanın 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub. SİA xəbər verir ki, “20 Yanvar – Azərbaycan dövlətinin azadlıq və suverenlik günəşinin doğulduğu qanlı gün” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur. Müəllif bəşəri dəyərlərə qarşı cinayət olan, günahsız insanların qətli ilə nəticələnən bu faciənin əsl səbəblərinə toxunur, bu hadisənin Azərbaycan xalqının taleyində suverenlik və azadlıq arzularının reallığa çevrilməsində dönüş nöqtəsi olduğunu qeyd…

Daha çox