İtaliya qəzeti 20 Yanvar faciəsindən yazıb

[ad_1] İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində 20 Yanvar faciəsi ilə əlaqədar məqalə dərc olunub. SİA xəbər verir ki, yazıda 35-ci il əvvəl baş vermiş Yanvar hadisələrinin müasir Azərbaycanın müstəqilliyinə gedən yolda xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Qeyd olunur ki, Sovet İttifaqı rəhbərliyinin ayrı-seçkilik siyasəti və ölkəmizin Qarabağ bölgəsində yaşayan yüz minlərlə azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qalması Azərbaycan xalqının başlatdığı kütləvi etiraz aksiyalarının və milli azadlıq hərəkatının əsasını təşkil edib. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük…

Daha çox

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

[ad_1] Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda qeyd olunub: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”. [ad_2]

Daha çox

İsveçdə 20 Yanvara həsr olunmuş videokonfrans təşkil edilib

[ad_1] İsveçdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Qanlı 20 Yanvar” adlı videokonfrans keçirilib. SİA xəbər verir ki, konfrans İsveçin Höteborq şəhərində yaşayan “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi tərəfindən təşkil edilib. Tədbirin əvvəlində Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) professoru, tarixçi, politoloq Toğrul İsmayıl müxtəlif ölkələrdən olan 70-ə yaxın iştirakçıya 20 Yanvar faciəsi barədə geniş məlumat verib. O bildirib ki, o zamanlar həmin hadisələrin canlı şahidi olub: “Sovet ordusunun xalqa qarşı amansızcasına və qəddarcasına əməliyyat həyata keçirməsi qanunlara zidd olan hərəkət və davranış idi. Bu, açıq şəkildə Azərbaycan…

Daha çox

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

[ad_1] “35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik”. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı yaydığı Bəyanatında…

Daha çox

Regional sabitlik və inkişaf perspektivləri

[ad_1] Yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdilər. Görüşdə hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Bu görüş iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirdi. Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə…

Daha çox

35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasındakı treninqlərdə 230 nəfərin iştirakı nəzərdə tutulub

[ad_1] Bu il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) genişmiqyaslı kampaniyası ardıcıl, sistemli və intensiv şəkildə davam edir. Seçkilərlə əlaqədar yanvarın 19-da 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir. Həmin dairə seçki komissiyasında yanvarın 23-dək davam edəcək təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaq məqsədi daşıyır. SİA xəbər verir ki, gündə iki sessiya olaraq keçirilən dördgünlük treninqlərdə 42…

Daha çox

“Gürcüstanın baş nazirinin ilk səfərini Azərbaycana etməsi heç də təsadüfi deyil”

[ad_1] “Azərbaycan-Gürcüstan dostluğu, qardaşlığı tarixi köklərə əsaslanır və münasibətlərin ildən-ilə yaxşılaşması, möhkəmlənməsi hər iki dövlətin milli maraqlarına uyğundur, eləcə də xalqların xoşbəxt gələcəyinə xidmət edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xatırladıb ki, bu qardaşlığın, əməkdaşlığın əsasını Ulu Öndərimiz Heydər Əliyev və Gürcüstan lideri Eduard Şevardnadze qoymuşlar və əlbəttə ki, Cənubi Qafqazda Gürcüstan-Azərbaycan əməkdaşlığının genişləndirilməsi regionda sülhün, əminamanlığın təmin olunması üçün çox vacib və əhəmiyyətlidir. “Hər iki dövlət, Azərbaycan da, Gürcüstan da uzun illər separatçılıqdan ziyan çəkib, ağır…

Daha çox

Aİ Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə sadiq qalır

[ad_1] Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. SİA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesabında yazılıb. “Bu matəm günündə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, təşkilata üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər”, – paylaşımda bildirilib. Səfir 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib: “35 il əvvəl bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Cənubi Qafqazda…

Daha çox