Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur

Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur. SİA xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Koreya Respublikasının Prezidenti Li Cemyönə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Azərbaycan Prezidenti, həmçinin qeyd edib ki, bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, sənaye, yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün yaxşı imkanlar vardır.

Daha çox

Azərbaycan Prezidenti Alman Birliyi Günü münasibəti ilə Frank-Valter Ştaynmayeri təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Sizin aprel ayında Azərbaycana səfəriniz geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verdi. İnanıram ki, Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin inkişafı, bir sıra sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın davam etdirilməsi və yeni məzmunla…

Daha çox

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. SİA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda yer alıb. Prezident İlham Əliyev məktubda diqqətə çatdırıb ki, almaniyalı həmkarının aprel ayında Azərbaycana səfəri geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Daha çox

“Hər şey həmin gündən başladı – xalqın seçimi, Azərbaycanın taleyi”

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına əbədi həkk olunur. Bu günlərdən biri də 1993-cü il oktyabrın 3-dür. Həmin gün xalqımız öz taleyini, müstəqilliyini və dövlətçiliyini qurtuluş yoluna çıxarmaq üçün tarixi bir qərar verdi. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Deputat bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmışdı: “1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyindəki xaos, milli birliyin olmaması ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü isə bu təhlükəni daha…

Daha çox

Azərbaycan Prezidenti iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu yaxınlarda İraq Prezidenti ilə Nyu-Yorkda keçirdiyi görüşü, apardığı fikir mübadiləsini yüksək qiymətləndirib. “Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Daha çox

“İtaliya Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir”

“İtaliya-Azərbaycan əlaqələri kifayət qədər böyük tarixə malikdir və hazırda çoxşaxəli münasibətlər sistemi formalaşıb. Bu gün iki ölkə arasında siyasi, diplomatik, iqtisadi və xüsusilə də təhsil sahəsində ciddi irəliləyişlər müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “İtaliya Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biridir. Hərbi əməliyyatlar zamanı və 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycanın əleyhinə aparılan kampaniyalara, erməni yalanlarına inanmayan, əksinə, Azərbaycanın maraqlarını dəstəkləyən nadir Avropa ölkələrindən biri məhz İtaliya olmuşdur. Bu mövqeyi ilə o, Macarıstanla yanaşı, xüsusi olaraq seçilir. Münasibətlərdə enerji sahəsində…

Daha çox

Oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Hər il oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd edilir. SİA xəbər verir ki, bu əlamətdar gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir. Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır. Təqdirəlayiq haldır ki, 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşünə məhz ölkəmizin ev sahibliyi etməsi və mühüm tarixi sənədlərin imzalanması türk dövlət və…

Daha çox

“Səfər Azərbaycanın Aİ ilə əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”

“İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dövlətlərarası əlaqələrin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirən mühüm hadisədir. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu səfər yalnız diplomatik protokol xarakteri daşımır, eləcə də real nəticələri və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən mühüm strateji əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə məlum olur ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı siyasi etimad yüksək səviyyədədir: “İtaliyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hər zaman açıq dəstək…

Daha çox

Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin iclasında təmsil olunub

Türkiyənin Konya şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin iclası keçirilib. SİA xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan tədbirdə Azərbaycan, Şimali Kipr Türk Respublikası, Livan, Moldovanın Qaqauz Muxtar Vilayəti, Özbəkistan və Türkiyədən nümayəndələr iştirak ediblər. Toplantıya TDBB-nin sədri və Konya Böyükşəhər Bələdiyyə başçısı Uğur İbrahim Altay sədrlik edib. İclasda birliyin fəaliyyəti qiymətləndirilib, bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin hazırlanması məsələləri müzakirə olunub. Uğur İbrahim Altay görüşün Türk dünyası bələdiyyələri arasında həmrəyliyi artıracağına inandığını bildirib və alınacaq qərarların faydalı olacağına ümid etdiyini diqqətə çatdırıb. Tədbirdə…

Daha çox