“Azərbaycan artıq Avropa üçün alternativ enerji mənbəyi kimi strateji əhəmiyyət kəsb edir”

“Prezident İlham Əliyevin Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə görüşündəki iştirakı və rəsmi görüşləri Azərbaycan-Avropa münasibətlərində bir neçə mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, enerji tərəfdaşlığının dərinləşməsində Azərbaycan artıq Avropa üçün alternativ enerji mənbəyi kimi strateji əhəmiyyət kəsb edir: “Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji təhlükəsizliyində diversifikasiya axtarışında Azərbaycanın rolu xeyli artıb. Bu səfər bu istiqamətdə əməkdaşlığın yeni formatlarının müzakirəsinə zəmin yaradır. Sülh proseslərində Avropanın rolunun artırılması və iştirakının vacibliyi önəm kəsb edir. Ermənistan-Azərbaycan münasibətlərində normallaşma və regionda sülhün bərqərar…

Daha çox

Azərbaycanın və Monteneqronun Ombudsman təsisatları arasında təcrübə mübadiləsi təşkil olunub

İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində bilik və bacarıqların artırılması məqsədilə xarici ölkələrin ombudsman təsisatları ilə təcrübə mübadiləsi Azərbaycan Ombudsmanının (insan hüquqları üzrə müvəkkil) beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. Azərbaycanın Ombudsman Aparatından SİA-ya bildirilib ki, belə təcrübə mübadilələrindən biri də bu günlərdə Monteneqronun Ombudsman təsisatı ilə birgə təşkil olunub. Ayrı-seçkiliyin qarşısının alınması və hüquq bərabərliyinin təmini sahələrində təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycanın Ombudsman Aparatının bir sıra əməkdaşları – Cavidan Qorçiyev, Vəfa Verdiyeva, Sevinc Şener, Fərqanə Məmmədxanova, Pərvin Rəhimov və Mikayıl Bayramov Monteneqronun Budva şəhərində “Monteneqro…

Daha çox

İlham Əliyev Danimarkaya səfəri çərçivəsində görüşləri ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Danimarkaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edib. SİA paylaşımı təqdim edir: Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi və toplantının açılış plenar sessiyasında iştirak edib.

Daha çox

“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb. Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin tədbirin bağlanış mərasimində iştirak edib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm, böyük aktuallıq daşıyan mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini və səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar. S.Qafarova mərasim çərçivəsində CAR Milli Assambleyasının sədri Toko Didiza, Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda, Braziliya parlament nümayəndə heyətinin rəhbəri Cek Roça ilə görüşüb. Görüşlərdə…

Daha çox

Türkiyə Respublikası ilə statistika sahəsində Anlaşma Memorandumu imzalanıb

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası çərçivəsində oktyabrın 3-də Türkiyə Statistika İnstitutunda Dövlət Statistika Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Türkiyə Statistika İnstitutunun Prezidenti Erhan Çetinkaya imzalayıblar. Memorandumda nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin rəsmi statistika sahəsində ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi və gücləndirilməsinə, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və statistikanın…

Daha çox

Suqovuşan və Talışın işğaldan azad edilməsindən 5 il ötür

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən 5 il keçir. SİA xəbər verir ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini…

Daha çox

“Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu”

“1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə olmaqla yanaşı, ölkənin gələcək strateji uğurlarının əsasını qoydu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, 1993-cü ilin iyun ayında Ümummilli Liderin yenidən hakimiyyətə qayıtması Azərbaycan üçün böyük zəfərə imza atmanın təmilini formalaşdırdı: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən…

Daha çox

“Hər mina Ermənistanın simasını göstərir”

“Qarabağın qısa bir zamanda tam bərpası və insanların öz doğma yurd-yuvalarına geri dönməsi Azərbaycan dövlətinin qarşısında duran əsas tapşırıqlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, buna əngəl olan əsas məsələ isə zamandır: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki, bütün hədəflərimizə çatmaq üçün qarşımızda dayanan yeganə maneə məhz zamandır. Ermənistanın mina bəlasını ölkəmizin başına gətirməsi isə bizi hədəflərimizdən yayındırmır. Əksinə, ərazilərimizdən çıxarılan hər bir mina Ermənistanın məkirli simasını bir daha göstərir. Hazırda işğaldan azad olunmuş torpaqlarda…

Daha çox

Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

Rufiz Rəhim oğlu Qonaqov Siyasi elmlər üzrə fəlsəfə doktoru Xülasə. Məqalədə 3 oktyabr 1993-cü il prezident seçkilərinin Azərbaycan dövlətçiliyi tarixindəki rolu elmi-analitik müstəvidə araşdırılır. Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlətin süqut təhlükəsindən xilas edilməsində, ictimai-siyasi sabitliyin təmin olunmasında, iqtisadi inkişafın əsaslarının qoyulmasında, hüquqi dövlət quruculuğunda, milli ideologiyanın formalaşmasında və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində oynadığı həlledici rol təhlil olunur. Məqalə həmçinin Heydər Əliyevin siyasi kursunun İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsi olaraq 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə məntiqi sonluq tapmasını göstərir. Açar sözlər: Heydər Əliyev, 3 oktyabr 1993, Azərbaycan dövlətçiliyi,…

Daha çox