“Prezidentin Danimarka səfəri, məlum olduğu kimi, 7-ci Avropa Siyasi Sammitində iştirak məqsədi daşıyırdı. Bu sammit çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm və maraqlı görüşlər keçirib. Aparıcı Avropa siyasətçiləri ilə görüşlər zamanı həm ikitərəfli münasibətlər, yəni Azərbaycanla həmin ölkələr arasındakı əlaqələr müzakirə olunub, həm də Avropa İttifaqı rəhbərliyi ilə Azərbaycan–Avropa münasibətləri ətrafında fikir mübadiləsi aparılıb”. Bu fikirləri politoloq İlqar Vəlizadə SİA-ya açıqlamasında bildirib. O qeyd edib ki, bu görüşlər bir daha göstərdi ki, Avropa üçün Azərbaycan strateji tərəfdaşdır: “Eyni zamanda, Azərbaycan üçün də Avropa mühüm və strateji tərəfdaşlıq istiqaməti olaraq…
Daha çoxCategory: Siyasət
“Səfər iki ölkə arasında strateji əməkdaşlığa yeni imkanlar açır”
“Prezidentin Danimarkaya səfəri həm ikitərəfli münasibətlərin gələcək inkişafı, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətli bir hadisə kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, belə səfərlər yalnız protokol xarakteri daşımır, onlar dövlətlər arasında qarşılıqlı maraqları, siyasi, iqtisadi və mədəni əməkdaşlığın perspektivlərini ortaya qoyur: “Azərbaycan və Danimarka münasibətləri tarixi baxımdan intensiv olmasa da, hər iki ölkənin xarici siyasət kursunda ortaq məqamlar mövcuddur. Danimarka Avropanın enerji təhlükəsizliyi məsələlərinə həssas yanaşan bir dövlətdir. Azərbaycanın isə Avropaya təbii qaz ixracında strateji rol oynadığı məlumdur.…
Daha çox“Minlərlə soydaşımız doğma torpaqlara qayıdıb”
“Azad olunmuş ərazilərimizdə yaradılan infrastruktur və şərait ən yüksək tələblər və standartlar səviyyəsində qurulur. Prezident İlham Əliyevin tapşırığı da ondan ibarətdir ki, bu ərazilərdə yeni şəhər və kəndlər yalnız bu günün deyil, gələcəyin tələblərinə uyğun inşa olunsun. Çünki biz bu bölgələri sıfırdan bərpa edirik və bu zaman ən müasir texnologiyaların tətbiqini təmin etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, hazırda elmi-texniki tərəqqi çox sürətlə inkişaf edir: “Bu gün yeni hesab edilən texnologiya sabah artıq köhnəlmiş sayılır. Ona görə də əsas məqsədimiz bu ərazilərin gələcəyin ruhunu…
Daha çox“1993-cü il 3 oktyabr seçkiləri Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi”
“1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin müasir tarixində həlledici dönüş nöqtəsi olmuşdur. O dövr Azərbaycan üçün son dərəcə mürəkkəb və təhlükəli idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, müstəqilliyini yenicə bərpa etmiş ölkə daxildə siyasi böhran, iqtisadi çətinliklər və hərbi-siyasi təhdidlərlə üz-üzə idi. Hakimiyyətin səriştəsizliyi nəticəsində dövlət idarəçiliyində xaos yaranmış, torpaq itkiləri davam etmiş, müxtəlif silahlı dəstələrin və siyasi qruplaşmaların toqquşması vətəndaş müharibəsi təhlükəsini qaçılmaz etmişdi: “Belə bir zamanda xalqın təkidli çağırışı ilə siyasi rəhbərliyə qayıdan Heydər Əliyevin prezident seçilməsi…
Daha çoxUlu Öndər Heydər Əliyevin siyasi irsi və müasir Azərbaycanın Zəfər yolu
“3 oktyabr 1993-cü il Azərbaycan xalqının yaddaşında yalnız siyasi bir tarix kimi deyil, həm də taleyüklü bir dönüş nöqtəsi kimi əbədi qalacaq. Çünki məhz bu gün xalqın böyük iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və dövlətimizin müstəqilliyinin əbədi olması yolunda yeni bir mərhələ başlandı. O illərdə Azərbaycanın daxilində və xaricində yaranmış ağır vəziyyət, dövlətçiliyin təməl prinsiplərinin sarsılması, vətəndaş qarşıdurması, separatizm meylləri, ölkənin iqtisadi tənəzzülü, xarici təsirlərin güclənməsi xalqımızın varlığı üçün ən ciddi təhlükələr idi. Həmin dövrdə Azərbaycan sözün əsl mənasında dövlət müstəqilliyini itirmək astanasına gətirilmişdi. Məhz…
Daha çoxCinayətkar ermənilərin məhkəməsi davam etdirilib…
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 2-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…
Daha çoxİlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud olduğunu…
Daha çoxİlham Əliyevin Kopenhagendə Emmanuel Makron ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi. Görüşdə…
Daha çoxÖzbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir
Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir. SİA xəbər verir ki, bu fikir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. Şavkat Mirziyoyev qeyd edib ki, xüsusilə son illərdə dövlətlərarası münasibətlərimizin tamamilə yeni tarixi mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktik ifadəsi kimi dəyərləndirilə bilər.
Daha çoxAzərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir
Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. SİA xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda yer alıb. “Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Daha çox