“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Kopenhagenə səfəri yeni geosiyasi konfiqurasiyada qlobal mühitdə milli maraqlar naminə mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, xüsusən ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalar, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanmasından sonra 7-ci Zirvə toplantısına dövlət başçımızın dəvət…
Daha çoxCategory: Siyasət
Sahibə Qafarova bir sıra görüşlər keçirib
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak etmək üçün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq, Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə görüşüb. Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir…
Daha çox”İtaliya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir“
”İtaliya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər sadəcə diplomatik çərçivədə qalmır, bu münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq üzərində qurulmuş bir əməkdaşlıq modelidir. Bu iki ölkə arasında nə vaxtsa ciddi narazılıq, qarşıdurma və ya siyasi gərginlik yaşanmayıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra Avropa ölkələri ilə münasibətlərini qurmaqda daim maraqlı olub: “Bəzən bəzi Avropa dövlətləri ilə yollarımız çəp gəlib, bizi anlamayıblar, biz də öz mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq. Amma İtaliya bu baxımdan hər…
Daha çox“Azərbaycan xarici siyasətdə uğurlu addımlar atır”
“Azərbaycan Prezidentinin Danimarkaya səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın diplomatik və xarici siyasət sahəsində yürütdüyü uğurlu siyasətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, xüsusilə də Danimarkada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Toplantısında iştirakı, bu tədbir çərçivəsində Avropa liderləri ilə baş tutan yaxın və sıx təmaslar Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas göstəricilərindəndir: “Bu görüşlərdə aparılan danışıqlar zamanı Azərbaycanın müəllifi olduğu iri neft-qaz layihələri, iqtisadi əməkdaşlıq və siyasi sahədə gələcək perspektivlər əsas müzakirə mövzusu olub. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə…
Daha çox“3 oktyabr 1993-cü il seçkiləri Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu”
“3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Müstəqil Azərbaycan Respublikasının demokratiya və dövlətçilik tarixində başlanğıc nöqtəsi oldu. Bu seçkilər, ölkəmizin gələcək inkişaf yolunu müəyyən edən, xalqın öz iradəsini sərbəst şəkildə ifadə etdiyi mühüm siyasi hadisə kimi yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, 1993-cü ilə qədər davam edən hərc-mərcliyə, silahlı dəstələr vasitəsilə hakimiyyətə gəlmək ənənəsinə 3 oktyabr 1993-cü il tarixində son qoyuldu. Bu tarixdən etibarən Azərbaycan xalqı qanunçuluğa əsaslanan siyasi idarəetməyə üstünlük verdi, hakimiyyətin xalqın etimadına söykənməsinin vacibliyini bir daha…
Daha çox“Danimarka səfəri iki ölkə münasibətlərində yeni mərhələ açdı”
“Azərbaycan Prezidenti İlham Əliyevin Danimarkaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və müzakirə edilən məsələlər, həm siyasi, həm də iqtisadi əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Danimarka ilə münasibətlərin strateji xəttini ilk növbədə Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi təşkil edir. Danimarka Avropanın aparıcı dövlətlərindən biridir və bu ölkə ilə qurulacaq əməkdaşlıq Azərbaycanın Avropa bazarına çıxış imkanlarını gücləndirir. Eyni zamanda, Azərbaycanın enerji sektorundakı rolu Danimarkanın alternativ enerji…
Daha çoxİlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının Sədri ilə görüşü olub
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub. SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Daha çoxİlham Əliyevin Aİ Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. SİA xəbər verir ki, görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm…
Daha çoxİlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının Sədri ilə görüşü olub
Oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub. SİA xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olundu və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə…
Daha çoxAzərbaycan və Özbəkistan prezidentləri diplomatik münasibətlərin 30 illiyi ilə bağlı bir-birilərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik edib. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində deyilir: “Hörmətli Şavkat Miromonoviç, Əziz Qardaşım, Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan və Özbəkistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq soy-kök,…
Daha çox